Accessibility links

Əfqanıstanda məsciddə törədilən partlayış nəticəsində onlarla insan ölüb və yaralanıb


Əfqanıstanın şimal-şərqindəki Künduz əyalətindəki məsciddə baş verən güclü bir bomba partlayışı nəticəsində onlarla insan həyatını itirib və yaralanıb.

Künduz əyalətininin paytaxtı Sayed Abadda baş verən patlayışın məsuliyyətini dərhal üzərinə götürən olmayıb.

Birləşmiş Millətlər Təşkilatı "çox yüksək" sayda itkilərlə bağlı xəbərlərdən "çox narahat olduğunu" yazıb.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyası Twitter-də yazıb ki, "İlkin məlumatlar məsciddə baş verən hücumda 10-dan çox insanın öldüyü və yaralandığını göstərir".

Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid hücumun baş verdiyini təsdiq edərək "bir çox həmvətənin öldüyü və yaralandığını" bildirib. O həmçinin əlavə edib ki, Taliban qüvvələri hadisə yerindədir və araşdırma aparılır. Mücahid bundan başqa əlavə məlumat verməyib.

Digər Taliban rəsmiləri Kabildəki məsciddə edilən hücumunun ardınca baş verən bu qanlı hücumun səbəbkarı kimi İslam Dövlətinin Xorasan qolundan şübhələnirlər.

Əfqanıstanın paytaxtının mərkəzində törədilən hücum nəticəsində ən azı 8 nəfər ölüb. İŞİD-Xorasan ölənlər arasında bir çox Taliban üzvünün olduğunu deyərək məsuliyyəti üzərinə götürmüşdü.

Terror qrupu son günlərdə Kabildə və Əfqanıstanda Taliban döyüşçülərinə qarşı başqa ölümcül hücumlar törətməkdə ittiham edilir.

Taliban 20 il ərzində Əfqanıstanda ABŞ-ın başçılıq etdiyi qüvvələrə qarşı üsyan etdikdən sonra yenidən hakimiyyəti ələ keçirib. Lakin İslamçı qrupun yeni yaranan hökuməti indi İŞİD-Xorasan problemli ilə üzləşib.

XS
SM
MD
LG