Şənbə Əfqanıstanın şərqində yerləşən Nangarhar şəhərində, ölkə boyu əsgər və militantlar daha öncə görülməyən atəşkəs elan edərək bayram etdiyi bir vaxt, Taliban ilə Əfqanıstanın silahlı qüvvələrinin toplandığı ərazidə maşın bombasının partlaması nəticəsində azı 26 nəfər ölüb.
Onlarla silahsız Taliban militantı hadisədən öncə orucluğun bitməsini qeyd etmək məqsədilə Əfqanıstan paytaxtı və digər şəhərlərə daxil olub. Əsgər və militantlar qucaqlaşıb və telefonlarında selfilər çəkib. Lakin bəzi vilayətlərdə qiyamçılar üzərlərində qumbara və digər sursatlar daşıyıb.
Nangarhar vilayətinin qubernatorunun sözçüsü Attaullah Xoqyani Qazi Aminullah Xan şəhərində əsas Torxam-Cəlalabad yolu üzərində baş verən hücuma səbəbin maşın bombasının olduğunu təsdiq edib.
Taliban hücuma görə məsuliyyət daşıdığını inkar edib. Əfqanıstan həmçinin İslam Dövləti qrupu və Talibana bağlı Həqqani şəbəkəsi tərəfindən qiyam təhlükəsi ilə üzləşir.
“Bu hadisənin Talibanla heç bir əlaqəsi yoxdur,” deyə sözçü Zabihullag Mücahid Reuters-ə bildirib. “Partlayışın baş verdiyi ərazi cəbhə xəttinə yaxındır. Bizim üzvlərimizdən bəziləri ora Ramazan bayramını qeyd etməyə gediblər. Onlar arasında da ölənlər var.”
Taliban Ramazan bayramı münasibətilə cümə günündən etibarən üç günlük sürpriz atəşksə elan edib. Bu isə Əfqanıstan hökümətinin çərşənbə gününədək tətbiq etdiyi atəşkəslə eyni vaxta təsadüf edir.
Prezident Əşrəf Qani xalqa müraciətində Talibanla olan atəşkəsi uzadacağını desə də, dəqiq tarix bildirməyib. O həmçinin Talibanı da üç günlük atəşkəsi uzatmağa çağırıb.
Qaninin bu çıxışı edərkən ölkənin şərqində baş verən bomba hücumundan xəbərdar olub-olmadığı aydın deyil.
Ənənəbi baş örtüyü taxan Taliban üzvləri Kabilə şəhərin cənub və cənub-şərqindəki keçid məntəqələrindən daxil olub. Sakinlərin bayraqlarını nümayiş etdirən döyüşçülərin şəkillərini çəkmək üçün dayandığı yerlərdə tıxaclar yaranıb. Taliban isə insanları yaxınlaşıb, onlarla selfi çəkdirməyə çağırıb.
“Onlar silahsızdır, çünki girişdə silahlarını təhvil verdilər,” deyə Kabil polisinin sözçüsü Haşmat Stanekzai Reuters xəbər agentliyinə bildirib. O deyib ki, onlar geri dönəndə silahları onlara geri qaytarılacaq.
Tolo xəbər agentliyinin məlumatına görə, daxili işlər naziri Vais Əhməd Barmak Kabildə Tliban döyüşçüləri ilə görüşüb. İki həftə öncə belə bir görüş gözlənilməz idi.
Ən dinc Ramazan bayramı
İnsan haqları qruplarının üzvləri Talibanın bu il hökümətə bir çox zərbə endirdiyi Helmand vilayətinin paytaxtı Laşkar Gahda Əfqanıstan qüvvələri ilə Taliban qiyamçıları arasında qısa görüş təşkil edib.
Qadın və kişilər əsgərlər ilə Taliban döyüşçülərinin ətrafında toplaşaraq onları bir-birilərini qucaqlamadan öncə silahlarını yığışdırmağa çağırıb.
“Bu, ən dinc Ramazan bayramı idi. Biz ilk dəfə olaraq özümüzü təhlükəsiz hiss etdik. Sevincimizi təsvir etmək çox çətindir,”deyə Zabildə tələbə Qais Lival bildirib.