Accessibility links

Əfqanıstanda parlament seçkilərinə daha bir namizəd öldürülüb


Əfqanıstanda parlament seçkilərinə daha bir namizəd öldürülüb.

Əbdül Cabbar Qəhrəman Helmand vilayətindəki ofisində partlayışda həlak olub. Rəsmilər onun ofisində divanın altına bomba qoyulduğunu bildirir.

Hücumun məsuliyyətini Taliban qruplaşması üzərinə götürüb. Helmand Talibanın istehkamıdır.

Partlayışda daha yeddi nəfərin yaralandığı bildirilir. Qəhrəman ofisində tərəfdarları ilə görüş keçirirmiş.

Əfqanıstanda parlament seçkiləri oktyabrın 20-nə planlaşdırılıb. İndiyədək azı 10 namizəd qətlə yetirilib.

Qunduz vilayətində isə Almaniyanın hərbi nəqliyyat vertolyotuna atəş açılıb, xəsarət alan olmayıb.

Oktyabrın 16-da iki ayrı-ayrı hücumlarda onlarla əfqan polis əməkdaşı qətlə yetirilib. Hücumların məsuliyyətini Taliban üzərinə götürüb.

XS
SM
MD
LG