Accessibility links

Əfqanıstanda partlayış: 10 mülki vətəndaş öldürülüb


Əfqanıstanda çərşənbə axşamı iki ayrı-ayrı bomba partlayışı uşaqlar daxil olmaqla azı 10 nəfərin ölümünə, 18 nəfərin yaralanmasına səbəb olub.

Bu partlayışlar Birləşmiş Millətlər Təşkilatının yaydığı yeni hesabatda Əfqanıstanda 2019-cu ildə uşaq tələfatının çox olduğu bildiriləndən və ölkə “dünyanın ən tələfatlı müharibə zonası" adlandırılandan sonraya təsadüf edib.

Əfqanıstan rəsmiləri deyir ki, çərşənbə axşamı səhər saatlarında ölkənin çənub-şərqində sərhəddə yerləşən Xost şəhərində yolun kənarında yerləşdirilmiş bomba mülki maşının partlaması və azı 10 nəfərin ölümü ilə nəticələnib.

Vilayət qubernatoru Halim Fidair deyib ki, Alişer rayonunda baş verən hücumda ölənlər arasında üç qadın və iki uşaq olub.

Qubernator Twitter hesabında bildirib ki, qurbanlar dəfn mərasiminə gedirdilər. O əlavə edib ki, insidentlə bağlı istintaq aparılır.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrat Rəhimi bombanın yol kənarında yerləşdirilməsinə görə Talibanı günahlandırıb. Qiyamçı qrup iddialara dərhal cavab verməyib.

Bununla yanaşı, şimalda yerləşən Bəlx vilayətinin paytaxtı Məzar-e-Şəridə yol kənarında yerləşdirlmiş bomba yol polisi maşının partlamasına səbəb olub. Vilayət polis idarəsinin sözçüsü Amerikanın Səsinə bildirib ki, partlayış nəticəsində altı yol polisi əməkdaşı və 12 mülki vətəndaş xəsarət alıb. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Ötən cümə günü Talibanın Qəzni vilayətində təhlükəsizlik qüvvələrini hədəf alan hücumu nəticəsində azı on mülki vətəndaş öldürülüb, altı nəfər yaralanıb.

Əfqanıstanda 18 ildir davam edən münaqişədə mülki vətəndaşlar hücumlara məruz qalmağa davam edir.

BMT-nin Uşaq Fondu UNICEF bazar ertəsi yaydığı hesabatda bildirib ki, bu il Əfqanıstanda hər gün orta hesabla doqquz uşaq öldürülüb.

“2009-cu illə 2018-ci illər arasında dünyanın ən pis ölüm zonası hesab edilən bu ölkədə 6500-ə yaxın uşaq öldürülüb, 15 min uşaq yaralanıb”, hesabatda qeyd edilib.

Bundan əlavə hesabatda bildirilir ki, uşaq tələfatları 2018-ci ildən bəri 11 faiz artıb və buna intiharçı bomba hücumları və Əfqansıtan hökümətini dəstəkləyən qüvvələr ilə silahlı müxalif qruplar arasında quruda baş verən döyüşlər səbəb olub.

BMT-nin humanitar agentliyi çərşənbə axşamı bildirib ki, Əfqanıstandakı münaqişə nəticəsində 2019-cu ildə 414 min mülki vətəndaş evlərindən didərgin düşüb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG