Accessibility links

Əfqanıstanda prezident seçkilərində öncül namizəd səslərin hesabanmasını dayandırmağı tələb edir


Əfqanıstanda bu yaxınlarda keçirilmiş prezident seçkilərində öncül namizəd bazar günü səslərin hesablanmasının dərhal dayandırılmasına çağıraraq, onsuz da uzanmış seçki prosesinin düzlüyü və etibarlılığını şübhə altına alıb.

Baş icraçı Abdulla Abdulla bunu öz müşahidəçilərini birtərəfli qaydada hesablama prosesindən geri çəkməsindən bir gün sonra elan edib. Sentyabrın 28-də keçirilmiş səsvermənin ilkin nəticələrinin bu həftənin cümə axşamı günü elan ediləcəyi gözlənilirdi.

Əfqanıstanın Müstəqil Seçki Komissiyası prosesin şəffaflığının təmin edilməsinə yönəlmiş səyləri qeyd edərək, ilkin nəticələri gözlənildiyi kimi oktyabrın 19-da elan edə bilməyib.

Abdullanın əsas rəqidi və Əfqanıstanın birik hökumətində tərəfdaşı olan hazırkı prezident Əşrəf Qani hələlik prosesdən çıxmayıb.

Əfqanıstanda dördüncü prezident seçkiləri seçici fəallığının aşağı olması və pozuntularla bağlı iddiaların irəli sürülməsi şəraitində keçib.

Təxminən 37 milyon əhalisi olan Əfqanıstanda qeydiyyata alınan 9.6 milyon seçici arasında fəallıq 25 faiz təşkil edib. Bu, Əfqanıstanda seçkilərdə qeydə alınmış ən aşağı seçici fəallığı səviyyəsidir.

Müstəqil Seçki Komissiyası pozuntularla əlaqədar olaraq artıq bir milyona yaxın səsi ləğv edib.

Abdulla seçki komissiyasını “pozuntuları legitimləşdirmək” cəhdində və biometrik yoxlama standartlarına cavab verməyən, ya da seçki günü rəsmi səsvermə vaxtından kənar verilmiş səsləri daxil etməkdə ittiham edib.

“Seçki komissiyası bizim 300 min mübahisəli səslə bağl narahatlıqlarımızı ünvanlamaya qədər səslərin qismən hesablanması prosesini dayandırmalıdır” - deyə, o bildirib.

Əfqanıstanda 2001-ci ildə Talibanın hakimiyyətdən devrilməsindən sonra keçirilən bütün əvvəlki seçkilər geniş yayılmış pozuntu və saxtakarlıq halları ilə bağlı iddialarla müşayiət olub. Bu, Müstəqil Seçki Komissiyasının ilk dəfə olaraq başa çatmış prezident seçkilərində biometrik məlumatlardan istifadə etməsinə səbəb olub.

XS
SM
MD
LG