Accessibility links

Əfqanıstanda prezident seçkisi keçirilir


Əfqanıstanlılar şənbə günü yeni prezident seçkisində iştirak edir. Lakin nizamsız səsvermə və Taliban militantlarının zorakılıq təhlükəsinin seçici fəallığının aşağı olacağına gətirib çıxaracağına dair narahatlıqlar var. Militantlar artıq ölkənin şimal və cənubunda seçki məntəqələrinə hücumlar edib.

Paytaxt Kabildə seçici fəallığı az olub və səhər saatlarında çox az sayda seçki məntəqəsində çox sayda insan görmək olmayıb. Səsvermə başlamadan öncə seçki məntəqələrinin önündə təmkinlə gözləyən əfqanlar bəzi yerlərdə seçki rəsmilərinin hələ gəlmədiyini öyrənib.

Prezidentliyə əsas namizədlər hazırkı prezident Əşrəf Qani və onun beş illik birlik hökümətindəki tərəfdaşı Abdullah Abdullahdır. Abdullah Qaninin səlahiyyətindən sui-istifadə etdiyini iddia edib.

Mübahisəli seçki

Hökümətin səsverməni keçirmək qərarının özü də mübahisələrə səbəb olub. Əfqanıstanın sabiq prezidenti, ölkədə hələ də böyük nüfuza malik olan Həmid Karzai xəbərdarlıq edib ki, dərin siyasi qeyri-müəyyənliyin olduğu bir vaxt səsvermə sabitliyi poza və Talibanla sülh prosesinin bərpasına xələl gətirə bilər.

Şənbə günü Əfqanıstanın cənubunda zorakılığın baş verdyi bildirilib. Seçki məntəqəsinin yerləşdiyi yerli məscidə bomba hücumu 15 nəfərin yaralanması ilə nəticələnib. Onlar arasında bir polis zabiti və bir neçə seçki rəsmiləri habelə seçicilər var. Üçünün vəziyyəti kritikdir.

Kunduzun şimalında qiyamçılar şəhərə minomyotla atəş açıb və Əfqanıstanın təhlükəsizlik qüvvələrinə hücum edib.

Afghanistan Elections
Afghanistan Elections

Rabani deyib ki, hücumların məqsədi “insanları qorxutmaq və onları evlərində qalıb, seçkidə iştirak etməməyə məcbur etməkdir”.

O bildirib ki, ölənlərin sayı hələ ki, məlum deyil.

On minlərlə polis, kəşfiyyat rəsmisi və Əfqanıstanın Milli Ordusunun üzvləri ölkə boyu 4942 seçki məntəqəsini qorumaq üçün səfərbər olunub. Rəsmilər deyib ki, 431 seçki məntəqəsi bağlı qalacaq, çünki orada təhlükəsizliyi təmin etmək mümkün deyil. Buna səbəb onların ya Talibanın nəzarətində olan ərazilərdə olmaları və yaxud qiyamçıların onların yaxınlığındakı kəndlərə hücum etmək ehtimalıının olmasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG