Accessibility links

Əfqanıstanda seçkinin ikinci turu gözlənilir


Əfqanıstanda aprelin 5-də keçirilmiş prezident seçkisinin ilkin nəticələrinə əsasən ikinci turda keçmiş xarici işlər naziri Abdulla Abdulla və Dünya Bankının keçmiş rəsmisi Əşrəf Qani arasında rəqabət gedəcək.

Əfqanıstanın Müstəqil Seçki Komissiyasının rəsmilərinin bildirdiyinə görə, namizədlərdən heç biri ümumi səslərin 50 faizindən çoxunu ala bilməyib.

Seçkinin ilkin nəticələrinin mayın 14-də yekunlaşdırılacağı gözlənilir. Prezident seçkisinin ikinci turu nəticələrin elan edilməsindən 15 gün sonra keçirilməlidir.

Seçkinin qalibi 2001-ci ildə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin Əfqanıstanda Taliban rejimini hakimiyyətdən devirməsindən sonra 12 ildən çoxdur ölkəni idarə etmiş prezident Həmid Karzayı əvəz edəcək.

Yeni prezident 2014-cü ilin sonuna qədər Əfqanıstandan beynəlxalq qüvvələrin çıxmasından sonra ölkədə keçid prosesinə nəzarət edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG