Accessibility links

Əfqanıstanda təhlükəsizlik qvardiyasının 3 üzvünün başı kəsilib


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, İslam Dövləti yaraqlıları olduğundan şübhələnilənlər təhlükəsizlik qvardiyasının 3 üzvünün başını kəsib. Onlar Nanqahar vilayətindəki dövlət məktəbini mühafizə edirdi.

Bir qrup silahlı şəxs Xoqyani oğlan məktəbinə gecə ərzində hücum təşkil edib.

Vilayətin təhsil nazirliyinin sözçüsü Məhəmməd Asif Şinvari Amerikanın Səsinə bildirib ki, hücumçular məktəb binasını yandırıb və binanın bəzi hissələri tamamilə sıradan çıxıb.

Hücumun məsuliyyətini üzərinə alan olmasa da, hökumət İŞİD-i günahlandırır.

XS
SM
MD
LG