Accessibility links

Əfqanıstanda Taliban məhbusu 8 polis işçisini öldürüb


Əfqanıstanda Taliban məhbusu 8 polis işçisini öldürüb. Onlar arasında 3 yüksək rütbəli zabit olub. Hücumçu Zabul həbsxanası mühafizindən əlindən silahını alıb.

Hadisə bazar günü axşam duası zamanı baş verib.

Şərəfe Səfa həbsxanasının rəsmisi anonim şəkildə Amerikanın Səsinə silahlı məhbusla atışmanın səhərədək davam etdiyini deyib. O, məhbusun öldürülən zabitlərin silahlarından istifadə etdiyini bildirib.

Əfqanıstanın müdafiə naziri təkcə son ay ərzində milli ordunun 513 nəfərinin həlak olması da daxil edilməklə,1231 əsgərin öldürüldüyünü bildirib.

Eyni zamanda təhlükəsizlik qüvvələri Meydan Vardak vilayətində Talibanın nəzarət etdiyi həbsxanaya reyd keçirib. Əfqanıstanın xaüsusi qüvvələrinin saxlandığı həbsxanadan 8 məhbus azad edilib. Əməliyyat zamanı 40 yaraqlı öldürülüb.

Taliban sözçüsü əməliyyatın Əfqanıstan və ABŞ qüvvələri tərəfindən keçirildiyini təsdiq edib.

XS
SM
MD
LG