Accessibility links

Əfqanıstanda Taliban nəzarəti ələ keçirəndən sonra insan haqları pozuntuları artıb


BMT və özəl yardım agentlikləri bildirib ki, Taliban militantları Əfqanıstanda nəzarətini ələ keçirəndən bəri ölkədə insan haqları pozuntuları artmağa başlayıb.

Yardım agentlikləri bildirir ki, Əfqanıstan çox təhlükəli bir vəziyyətdədir. Onlar deyir ki, artan zorakı münaqişə ölkədə onsuz da mövcud olan ciddi insan haqları pozuntularını daha da pisləşdirir.

Asiya – Sakit Okean Qaçqın Şəbəkəsinin baş icraçı direktoru Nəcibə Vazedafost deyir ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan geri çəkməyə başlayanda bir çoxları Talibanın yenidən üzə çıxacağından qorxurdu. Lakin onun sözlərinə görə, çox az insan Talibanın bu qədər qısa müddətdə ölkənin nəzarətinin ələ keçirəcəyini gözləyirdi.

O deyir ki, Talibanın hakimiyyəti altında insanların əziyyətlərinin və didərgin düşən insanların sayının sürətli şəkildə artmasını görmək dəhşətlidir.

“Xüsusilə də son həftədə ASPRN böhran xəttinə insanların edam oldunduqları və ya döyüldüklərinə, media və radio stansiyalarının bağlandığında dair zənglər almaq ürək parçalayır. Onlar bizə Talibanın qapı-qapı dolaşıb axtarış etməsi, hədəfli qətllər, paytaxtda talançılıq barədə məlumatlar verirlər. Və əlbəttə ki, biz məktəblər, hospitallar və minlərlə evlərə hücumlar barədə eşidirik,” o deyib.

Vazedafost deyir ki, o ən çox qadınların səslərində eşitdiyi qorxudan narahatdır. O deyir ki, onlar sadəcə qadın olduqları üçün öldürülməkdən qorxurlar. O həmçinin COVID-19 pandemiyası səbəbilə sərhədlərin bağlanmasının qadınlar və qızların ölkədən və təqiblərdən qaçmalarının qarşısını alacağından narahatdır.

Vazedafost Əfqanıstanı tərk edən qərb ölkələrini qadın və qızları geridə qoymamağa və onların bu çətin şəraitdə sağ qalmaları üçün lazım olan dəstək və ümidlə təmin etməyə çağırır.

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, onillərdir davam edən münaqişə, habelə son dörd ildə baş verən quraqlıq və COVID-19-un dağıdıcı sosial-iqtisadi təsirləri Əfqanıstanın beynəlxalq dəstək olmadan ayaqda qalmaq imkanını yox edib.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) bildirir ki, Əfqanıstan əhalisinin təxminən yarısı, yəni 18 milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.

OCHA-nın koordinasiya bölməsinin başçısı Vəfa Səid Abdelated deyir ki, əhalinin ən azı üçdə biri kifayət qədər qidalanmır və kəskin aclıqdan əziyyət çəkir.

“Biz həmçinin beş yaşından aşağı olan uşaqların yarısının qidasızlıqdan əziyyət çəkdiyini təxmin edirik. Bu isə o deməkdir ki, onların kifayət qədər qidaya, səhiyyə xidmətlərinə, suya, gigiyenaya və sanitasiyaya çıxışları yoxdur. Bundan əlavə qidasızlığın uşaqlara çox ciddi və geri dönməz təsiri olur. Biz bunun davam etməsinə imkan verə bilmərik,” o deyib.

Birləşmiş Millətlər Təşkilatının bu il 1.3 milyard dollarlıq yardım çağırışı nəticəsində sadəcə 500 milyon dollar toplanıb. Bu isə 800 milyon dolların çatışmadığı deməkdir.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG