Accessibility links

Əfqanıstandakı ABŞ qüvvələrinin sayının azaldılmasına dair ekspret rəyləri


Əfqanıstandakı ABŞ qüvvələrinin sayının azaldılmasına dair ekspret rəyləri
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Kapitoli binasında ekspertlər Əfqanıstandakı ABŞ hərbi qüvvələrinin sayını 4500-dən təxminən 2500-ə endirməyin "səhv" olduğuna dair ifadə verib. ABŞ müdafiə naziri vəzifəsini icra edən şəxsin qərarına müxtəlif reaksiyalar verilib.

Pentaqonda ən yüksək mülki liderləri dəyişdirdikdən sonra Tramp administrasiyası böyük bir açıqlama verib.

"15 yanvar 2021-ci ilə qədər Əfqanıstandakı qüvvələrimiz sayı 2500 olacaq" - deyə, müdafiə naziri vəzifəsini icra edən Kris Miller bildirib.

Əfqanıstandakı ABŞ əsgərlərinin sayını təxminən yarıya endirilməsi ABŞ-ın 2001-ci ildə müharibə başlayandan bəri o ölkədə ən az əsgərə malik olacağı deməkdir.

Lakin sülh danışıqlarının davam etməsi ilə ekspertlər biri-birinin ardınca millət vəkillərinə bu addımın Amerikanın ən vacib kartını itirməsinə səbəb olacağı barədə xəbərdarlıqlar verib.

"Mənim fikrimcə, çərşənbə axşamı elan edilən qüvvələrin azaldılması siyasəti səhvdir" // “Rəhbərliyin çərşənbə axşamı günü elan etdiyi bu ölçü uğursuzluğun ən bahalı versiyasıdır” - deyə, Xarici Əlaqələr Şurasından Stefen Biddl bildirib.

“Bu azalmanın cavabında heç bir şey almırıq. Danışıqların başından bəri problemi bu idi. Əfqanıstan hökuməti olmadan Talibanla müzakirələrin lap əvvəlindən onlar bunun bizim təslim olma danışıqları olduğunu bilirdilər” , ABŞ-ın Əfqanıstandakı sabiq səfiri Rayan Kroker deyib.

ABŞ qüvvələrinin 2001-ci ildə Əfqanıstana girişi Əl-Qaidə tərəfindən həyata keçirilən 11 sentyabr terror hücumlarından sonra güclü ictimai dəstəyinə sahib idi. Lakin on doqquz il sonra Amerika ictimaiyyəti fikrini dəyişdirib.

Prezident Tramp xarici münaqişələrdən çəkiləcəyini vəd edərək 2016-cı ildə prezidentlik qazanmışdı.

Konqresmen Bradli Birn yaşadığı bölgədə insanların müharibədən yorulduğunu deyib.

“Onlar 19 il ərzində minlərlə amerikalıların həyatını itirdiyini, bütün bu yaralanmalar, yüz minlərlə hərbçinin və qadınların həyatının alt-üst düşünürlər. Aydındır ki, milyardlarla dollar: bilirsiniz, yetər. ” // “Yəqin ki, davam edən terrorla mübarizə səylərini dəstəkləyəcəklər, amma Əl-Qaidənin orada nəzarəti ələ keçirməsini istəmirlər. ”

Ekspertlər bunlar arasında bir ziddiyyət olduğunu deyir, çünki Əl-Qaidə ilə mübarizə aparan Əfqanıstan hökumətindən fərqli olaraq, Taliban terror qruplaşmasına dəstəyini dayandıracağına dair heç bir dəlil göstərməyib.

“Mənə görə bu, yalnız terrorla mübarizə məsələsi deyil, eyni zamanda hökumətin devrilməsinin qarşısının alınmasıdır. Bəs 4500 və ya 5000-ə yaxın bir qüvvəyə qarşı 2500 bizə nə verir?” - deyə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Set Cons sual edib.

Ekspertlər hesab edir ki, sülh razılığı əldə edilmədiyi halda Amerika qüvvələrinin geri çəkilməsi hərbi kampaniyada güc nisbətini Talibanın xeyrinə həll və bu, potensial sülh razılaşmasını əlçatmaz edəcək.

Yeni seçilmiş prezident Co Baydenin prioriteti koronavirusla mübarizə olduğu üçün administrasiyasının bu addımın yaradacağı problemləri necə həll edəcəyi aydın deyil.

XS
SM
MD
LG