Accessibility links

Əfqanıstandakı xaotik vəziyyətdən sonra Baydenə təzyiqlər artır


Əfqanıstandakı xaotik vəziyyətdən sonra Baydenə təzyiqlər artır
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Ölkədən qaçmağa çalışan çıxılmaz vəziyyətdəki əfqanların görüntüləri Bayden administrasiyasının Amerikanın ən uzun müharibəsinin sonunu zəif planladığını vurğuladı.

Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivan mətbuat kofransı zamanı bildirib ki, "Son günlər hava limanından gələn görüntülər ürəkparçalayandır, lakin prezident Bayden alternativ yolun, yəni Əfqanıstanda vətəndaş qarşıdurmasının ortasında qalmağın insanların həyatlarına vuracağı zərərlər barədə düşünməli idi".

Talibanın Əfqanıstanı sürətli şəkildə yenidən ələ keçirməsindən sonra ABŞ minlərlə amerikalı və əfqan müttəfiqlərini təxliyə etmək üçün mübarizə aparır.

Ağ Evin mətbuat katibi Cen Psaki bildirir ki, "Biz bir neçə qrupa proritet veririk. Bunlar ABŞ vətəndaşları, səfirlik işçiləri və ailələri, yerli işçi heyətimiz, Xüsusi İmmiqrant vizası sahibləri və ərizəçiləri, P1, P2 qaçqın proqramlarına uyğun gələn əfqanlardır, ki, bura media qurumları və digərlərinə kömək edən tərcüməçilər də daxildir".

ABŞ rəsmiləri avqustun 17-i axşama qədər ABŞ səfirliyinin əməkdaşları, amerikalı, əfqan və üçüncü ölkə vətəndaşları da daxil olmaqla 3200-dən çox insanı təxliyə etdiyini bildirir.

Bundan əlavə 2000-ə qədər xüsusi əfqan immiqrant artıq ABŞ-a yerləşdirilib.

Administarsiya hazırda ən azından avqust ayının sonuna qədər təxliyəni davam etdirmək üçün Talibanla danışıqlar aparır.

Ceyk Sallivan sözlərinə görə "Taliban, mülki şəxslərin hava limanına təhlükəsiz girişini təmin etməyə hazır olduğunu bildirdi və biz onları bu öhdəliyə sadiq qalmalarını təmin etmək niyyətindəyik".

Digər tərəfədən Taliban çərşənbə axşamı Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra ilk mətbuat konfransını keçirib.

Talibanın sözçüsü Zabihullah Mücahid ilk dəfə ictimaiyyət qarşısına çıxaraq Əfqanıstanın terror ölkəsinə çevrilməyəcəyinə və Şəriət daxilində qadın hüquqlarının təmin olunacağına zəmanət verib. O həmçinin bildirib ki, Taliban onlara qarşı vuruşan şəxslərə amnistiya verəcək və və inklüziv hökumət quracaq.

Talibanın sözçüsü Zabihullah Mücahid mətbuat konfransı zamanı bildirib ki, "Biz əlavə müharibə istəmirik. Biz Əfqanıstanda sülh istəyirik və buna görə də danışıqlara başlamışıq.

Talibanın keçmişdə törətdiyi zorakılıqları nəzərə aldıqda, bir çoxları bu vədlərin həqiqi olub-olmadığını sual edir.

Amerika vətəndaşları və əfqan müttəfiqlərinin təhlükəsiz evakuasiya etmək məqsədilə Talibanla əməkdaşlığı təmin etmək Bayden administrasiyası üçün böyük bir sınaq olacaq.

Vilson Mərkəzindən Örl Antoni Veyn bildirir ki, "Əgər bütün bu məsələlərlə və, məsələn, gələcəkdə mümkün terrorizim təhlükəsi ilə baş etmək, uzun müddətdə "region necə inkişaf edəcək", "bizim uzunmüddətli strategiyamız nədir kimi sualların cavablandırılması kimi digər məsələlərlə bağlı bir neçə səriştəli proses olarsa, zənnimcə o zaman yenidən həm ölkə daxilində həm də xaricdə etibarlı bir imic yaratmaq olar. Amma bunun üçün çox çalışmaq və konkret nəticələr əldə etmək gərəkli olacaq."

Bayden çərşənbə axşamı Kemp Deyvid iqamətgahındakı məzuniyyətini yarım qoyaraq Ağ Evə qayıdıb.

O, həm respublikaçı, həm də demokrat qanunvericilərin qəzəbi ilə üzləşir. Onlar Baydenin indiyə qədərki ən böyük xarici siyasət böhranı - Əfqansıtandan səriştəsiz şəkildə çıxmaq məsələsini təhqiq etməyi vəd ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG