Accessibility links

Əfqanıstanla sərhəddə militantlarla toqquşmada 4 pakistanlı hərbçi həlak olub


Pakistan cümə günü Əfqanıstan sərhədi yaxınlığında militantlarla atışma zamanı dörd əsgərin öldürüldüyünü təsdiq edib.

Ordunun açıqladığı bəyanata əsasən, qarşıdurma Pakistan əsgərlərinin Şimali Vəziristan sərhəd bölgəsində Pakistandakı Talibanın qruplaşmasının Mir Əli qəsəbəsindəki sığınacağına reyd keçirdiyi zaman baş verib.

Bəyanatda deyilib ki, təhlükəsizlik qüvvələri “bir terrorçunu silah və sursatla” ələ keçirib və reyddən sonra baş verən intensiv atışma zamanı dörd əsgərini itirib.

Cümə günü açıqlanan hərbi bəyanatda bir gün əvvəl baş verdiyi deyilən ölümcül toqquşma ilə bağlı əlavə təfərrüatlar paylaşılmayıb.

Pakistanda fəaliyyətinə qadağa qoyulan Talibanın ”Təhrik-i-Taliban Pakistan” adlı qruplaşması təhlükəsizlik qüvvələrinin Vəziristan bölgəsində bazada reyd keçirdiyini təsdiqləyib. Məlumatda növbəti toqquşmalarda Pakistan təhlükəsizlik qüvvələrinin bir neçə əsgərinin öldüyü, lakin ”Təhrik-i-Taliban Pakistan”ın heç bir itki vermədiyi iddia edilib.

”Təhrik-i-Taliban Pakistan” militantları
”Təhrik-i-Taliban Pakistan” militantları

Bu arada, rəsmilər cümə günü ölkənin cənub-şərqindəki Bəlucistan vilayətinin paytaxtı Kvettada yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində ölənlərin sayının 6 nəfərə çatdığını bildirib.

Hamısı mülki vətəndaş olmaqla, 10 nəfərdən çox insanın da yaralandığı hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Əhalisi az olan və təbii sərvətlərlə zəngin Bəlucistan vilayətində Pakistanın təhlükəsizlik qüvvələri və mülki vətəndaşlara qarşı mütəmadi olaraq silahlı hücumlar törədilir. Zorakılıqlara görə məsuliyyəti çox vaxt separatçı Bəluc silahlı qruplaşmaları, ”Təhrik-i-Taliban Pakistan” və bəzən də İslam Dövləti qruplaşması ilə əlaqəli ekstremistlər öz üzərinə götürür.

Son illər ”Təhrik-i-Taliban Pakistan”ın iddia etdiyi intiharçı hücumları və digər terror aktları nəticəsində minlərlə pakistanlı, o cümlədən təhlükəsizlik qüvvələrinin əsgərləri həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG