Accessibility links

ABŞ hərbçiləri Baqram hava bazasını səssiz-sədasız tərk edib


Əfqanıstan hərbi rəsmiləri ABŞ hərbçilərinin gecə ilə səssiz-sədasız elektiriki bağlayıb Baqram hava limanını tərk ediyini xəbər verir. Rəsmilərin bildirdiyinə görə, ABŞ hərbçilərinin gedişindən Əfqan komandir iki saat sonra xəbər tutub.

Baqram hava limanı Taliban və Əl-Qaidə ilə mübarizədə əsas mərkəz rolu oynayırdı.

Ötən cümə günü Pentaqon avqust ayının sonuna qədər hava bazasından qoşunların çıxarılması prossesinin tamamlanacağını bildirmişdi.

"Amerikalıların Baqram hava bazasını tərk etməsi barədə şaiyələr eşitdik... və nəhayyət səhər saat 7-ə qədər hərbçilərin bazanı tamamilə tərk etdiyini təsdiqlədik," Baqram hava limanının yeni rəhbəri, general Mir Əsədulla Kohistani bildirib.

ABŞ-ın hərbi rəsmisi polkovnik Sonni Leggett Əfqanıstan hərbçilərin şikayətinə cavab verməyib. O, keçən həftə verilən açıqlamaya istinad edərək, bazadan çıxarılmanın ABŞ-ın Əfqanıstan liderləri ilə koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib.

Açıqlamada həmçinin bildirilir ki, Prezident Co Baydenin aprel ayının ortalarında Əfqanıstanda qalan son hərbi qüvvələrin tamamı ilə çıxarılacağını elan etməsindən sonra hava bazasının təhvil verilməsi prossesi başlayıb.

Digər tərəfdən ABŞ və NATO hərbçiləri Əfqanıstandan çıxdıqca Taliban nəzarət etdiyi bölgələri genişləndirib.

Hava bazasını jurnalistlərə açıq elan edən əfqan komandir bildirib ki, ABŞ həbçiləri bazada 3 milyon 500 min ədəd inventar tərk edib. Bunlara on minlərlə şüşə su, enerji içkisi, hazır yeməklər, qapı dəstəyi, pəncərə, telefon kimi əşyalar da daxildir.

Kohistani Amerika ordusunun minlərlə sivil nəqliyyat vasitələri, yüzlərlə zirehli nəqliyyat, kiçik silahlar və arsenal qoyub getsə etsə də, ağır silahları özləri ilə apardığını bildirib. Ağır silah sursatı isə hərbçilər hava bazasını tərk etməzdən əvvəl məhv edilib.

XS
SM
MD
LG