Accessibility links

Əfqan Muxtarlı aclığı davam etdirir


Əfqan Muxtarlı

Penitensiar Xidmət jurnalistin aclıq aksiyasına başladığını təsdiq edib

Jurnalist Əfqan Muxtarlı sentyabrın 22-də 6 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə aclığa başlaması barədə rəsmi məlumat verib.

Bu barədə Amerikanın Səsinə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildiriblər.

İctimaiyyətlə Əlaqələr Şöbəsi bildirib ki, jurnalist sentyabrın 23-dən aclığa başlayıb və qaydalara əsasən, o, digər məhkumlardan təcrid ediləcək.

Mənbənin məlumatına görə, Əfqan Muxtarlının səhhəti normaldır.

Öz növbəsində, jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib ki, əri iki gündür aclıq edir. O, ikinci növ şəkərli diabet xəstəsidir və dərman qəbul etməkdən imtina edib.

Sentyabrın 21-də vəkil Nemət Kərimlinin fiziki təzyiqə məruz qalması və onun qeydlərinin məxfiliyinin pozulmasına etiraz olaraq aclığa başlaması barədə sosial şəbəkələrdə Əfqan Muxtarlının bəyanatı yayılıb.

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidən gizlincə Azərbaycana göndərilərək həbs edildiyini bildirib. Sonradan məhkəmə onu qaçaqmalçılıq və sərhədçiyə qarşı güc tətbiq etmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edib.

Beynəlxalq Amnesty İnternational təşkilatı Əfqan Muxtarlını "vicdan məhbusu" kimi tanıyıb.

Şərhlərə bax

XS
SM
MD
LG