Accessibility links

Əfqan Muxtarlı Fikrət Məmmədova: Gəlsin yeməyin keyfiyyəti ilə, buradakı durumla maraqlansın


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Jurnalist Əfqan Muxtarlı ədliyyə naziri Fikrət Məmmədovu həbsxanaya çağırır. Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib.

Onun sözlərinə görə, Əfqan Muxtarlı həbsxanadan zəng edərək media vasitəsilə ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

Jurnalist naziri saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsinə dəvət edir. Əfqan Muxtarlının çağırışı həbsxananın yeməkxanasında dustaqlara verilən yeməklərin keyfiyyətinin aşağı olması ilə bağlıdır.

“Müdafiə nazirinin əsgərlərlə nahar etdiyi vaxtlar olub. Fikrət Məmmədov da həbsxanaya gəlsin və dustaqlara verilən yeməyin keyfiyyəti ilə, həbsxanadakı sosial durumla maraqlansın,” Mustafayeva həyat yoldaşına istinadən bildirib.

Fikrət Məmmədov həbsxanaya gəlsin və dustaqlara verilən yeməyin keyfiyyəti ilə, həbsxanadakı sosial durumla maraqlansın.
Əfqan Muxtarlı, həbsdə olan jurnalist

Muxtarlı deyib ki, həbsxana rəhbərliyi onun ədliyyə nazirliyinə yazdığı məktubları göndərməkdən imtina edir. Buna görə də nazirə media vasitəsilə müraciət edir.

Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyindən şərh almaq mümkün olmayıb.

Öz növbəsində, Penitensiar Xidmətin İctimai Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib ki, Penitensiar Xidmətin müəssisələrində məhbuslar üçün hazırlanan qida daim nəzarət altındadır.

Ədliyyə naziri Fikrət Məmmədov
Ədliyyə naziri Fikrət Məmmədov

"Məhbuslara hazırlanan qidalara həm aidiyyatı xidmət tərəfindən, həm də cəzaçəkmə müəssiələrinin əməkdaşları tərəfindən ciddi nəzarət olunur. Penitensiar Xidmət üçün əsas olan məhbusların fiziki durumunun sağlam olmasıdır", Sadıqov deyib.

Əfqan Muxtarlı 2017-ci ilin mayında həbs olunub. Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işğəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Prokurorluq jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.

Əfqan Muxtarlı 2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlının apellyasiya və kassasiya şikayətləri təmin edilməyib. Jurnalist Azərbaycan məhkəmələrinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG