Accessibility links

“Əfqan Muxtarlının telefon əlaqələri məhdudlaşdırılıb”


16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxınları ilə telefon əlaqəsini məhdudlaşdırıb. Bu barədə jurnalist həyat yoldaşı Leyla Mustafayeva ilə telefon danışığı zamanı bildirib.

Jurnalistin hazırda Almaniyada mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayeva Amerikanın Səsinə deyib ki, qanunvericilik məhbusların həftədə iki dəfə istədiyi şəxslərlə danışığına imkan verir.

“Həftədə iki dəfə zəng etmək imkanım olur. Mənə dedilər ki, hər dəfə bir nəfərlə danışa bilərəm. Səbəbini soruşanda dedilər tapşırıq Prezident Administrasiyasından gəlib”, Mustafayeva həyat yoldaşına istinadən Amerikanın Səsinə bildirib.

Səbəbini soruşanda dedilər tapşırıq Prezident Administrasiyasından gəlib.

Bir müddət əvvəl Muxtarlı ədliyyə naziri Fikrət Məmmədova məktub yazaraq Almaniyada mühacirətdə yaşayan övladları ilə skayp vasitəsilə danışmaq şəraitinin yaradılmasını istəmişdi. Muxtarlı həbsxana nəzarətçilərinin onun məktubunu nazirə göndərməkdən imtina etdiyini bildirib.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri “Amerikanın Səsi”nə qanunvericilikdə məhbusların yaxınları ilə skayp danışığının nəzərdə tutulmadığını bildirsə də, məktubun nazirə göndərilməməsinin səbəbinə aydınlıq gətirməyib.

Əfqan Muxtarlı və Leyla Mustafayeva
Əfqan Muxtarlı və Leyla Mustafayeva

Əfqan Muxtarlı 2017-ci ilin mayında Azərbaycanda həbs olunub. Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işğəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro yerləşdirildiyini bildirib.

Prokurorluq jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.

Muxtarlı 2018-ci il yanvar ayının 12-də Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlının apellyasiya və kassasiya şikayətləri təmin edilməyib. Jurnalist Azərbaycan məhkəmələrinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Jurnalistin Tbilisidə oğurlanması ilə bağlı Gürcüstan Prokurorluğunun İstintaq İdarəsində də cinayət araşdrıması aparılır.

Jurnalistin Tbilisidə oğurlanması ilə bağlı Gürcüstan Prokurorluğunun İstintaq İdarəsində də cinayət araşdrıması aparılır. Azərbaycanda həbsdə olan Muxtarlı bu ilin iyulunda Gürcüstanın əlaqəli hüquq-mühafizə qurumlarına təqdim edilməsi üçün yazılı ifadə verib. Onun Gürcüstandakı vəkili Arçil Copikaşvili bildirib ki, cinayət işinin istintaqında hər hansı irəliləyiş yoxudr.

Əfqan Muxtarlının həbsindən sonra onun Tbilisidə yaşayan ailəsi həyatlarına təhlükə olduğunu bəyan edib və bu ölkədən Almaniyaya mühacirət edib.

Jurnalist Azərbaycanda ona qarşı irəli sürülən ittihamların siyasi sifariş olduğunu və araşdırma yazılarına görə həbs edildiyini bildirib. O, həbsində Azərbaycan hakimiyyəti ilə yanaşı Gürcüstan hökumətini də günahlandırır.

Jurnalistin həbsi beynəlxalq təşkilatların Azərbaycan və Gürcüstan hökumətlətini tənqidi bəyanatları ilə müşayiət olunub. ABŞ Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurası, bir sıra qərb ölkələri jurnalist Muxtarlının həbsini pisləyən bəyanatlar verib. Gürcüstanda jurnalistin oğurlanmasına etiraz olaraq hökumət binalarının qarşısında etiraz aksiyaları keçirilib.

Bu ilin oktyabrında regionda səfərdə ABŞ rəsmisi Gürcüstan hökuməti ilə Əfqan Muxtarlı ilə bağl məsələni müzakirə etdiyini deyib.

Amnesty İnternational təşkilatı jurnalisti “vicdan məhbusu” elan edib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG