Accessibility links

Əfqan tərcüməçilər Taliban tərəfindən cəzalandırılmaqdan qorxurlar


Əfqan tərcüməçilər Taliban tərəfindən cəzalandırılmaqdan qorxurlar
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Əfqan tərcüməçilər son 20 ildir davam edən müharibə ərzində Amerika qoşunları üçün əvəzsiz olublar. Amma indi ki, ABŞ qüvvələri Əfqanıstanda geri çəkilir, amerikalılara yardım edən əfqanlar həyatları üçün narahatdırlar.

Hacı burada ola bilər. Ya da burada. Və ya burada. O, Talibandan qaçdığı üçün bir şəhərdən digərinə köçür.

Hacı 11 il boyunca ABŞ-ın Xüsusi Qüvvələrinə tərcümə kimi işləyib və Amerikanın Səsinə dediyi kimi, Əfqanıstan boyu cəsur döyüşlərdə iştirak edib.

“Luqar vilayəti və Kabildə. Bu yerlərin çoxunda, Nuristan, Kunar, Nangarhar vilayətində,” o bildirib.

Kimliyini qorumaq üçün şərti adı ilə tanınan Hacı qəlpə yaraları aldığına və iki ordu kapitanın həyatını xilas etdiyinə görə mükafatlarla təltif olunub.

“Onlar məni xilas etdilər, mən də onları, çünki biz eyni komandadayıq.”

2010-cu ildə Taliban Hacının işi səbəbindən onun 9 yaşlı oğlunu qaçırıb və fidyə tələb edib.

“Onlar bilir ki, mən Amerika qüvvələrinə işləmişəm və mənə dedilər ki, “onlar kafirdir, sən də kafirsən, çünki sən onlarla işləyirsən və onları hər cür yardımla təmin edirsən.”

Əfqanıstan polisi onun oğlunu bir neçə həftə sonra onu qaçıran insanlarla silahlı atışma nəticəsində xilas edib. O deyir ki, Taliban bir neçə ay öncə onun böyük oğlunu öldürüb. İndi isə Hacı Talibandan telefonla təhdidlər aldığına görə öz həyatını qurtarmağa çalışır.

“Onlar mənə deyir ki, harda olduğumu, harda qaldığımı bilirlər və məni təqib edirlər.”

Hacı üç ildən çoxdur Xüsusi İmmiqrant Vizasına müraciət edib. Səfirlik ona prosesin ləngidiyini bildirib. Prezidet Bayden isə Hacı kimi tərcüməçilərlə bağlı bunları deyib:

“Əgər istəsəniz. Birləşmiş Ştatlarda sizin eviniz var. Sizin bizi dəstəklədiyiniz kimi, biz də sizi dəstəkləyəcəyik.”

“Proses çox mürəkkəbdir,” İsmayıl Xan deyir.

İsmayıl Xan ABŞ-a xüsusi immiqrant vizası ilə yeddi il öncə gəlib.

O, Amerikanın Səsinə müsahibədə “GPS” adlandırdığı Hacı ilə birlikdə tərcüməçi olaraq işlədiyini bildirib.

“O hara gedəcəyini, hansı yolu seçəcəyini, nəyin daha asan olacağını, onların bizi tələyə sala biləcəyi yerləri bildirdi ki, biz sayıq olaq. O, komandasının sağ qalması və uğurlu olması üçün hər şey etdi,” İsmayıl deyir.

Lakin Xan iş yoldaşına görə narahatdır.

“Onlar onu təqib edirlər. Əgər o ölkədən çıxmasa, öldürüləcək.”

Amerikalılara yardım edənlər çox vaxt Əfqanıstandan təhlükəsiz çıxışın olmamasına etiraz edirlər.

Bayden administrasiyası yanvar ayından bəri orduya yardım edən əfqanlar üçün 2500 xüsusi vizanı təsdiq edib və Xan kimi min nəfər artıq ABŞ-a yerləşib. Amma orada hələ çox insan qalıb. Onlardan biri bizim Ceyms adlandırdığımız tərcüməçidir.

Ceymsin xüsusi viza müraciəti rədd edilib, çünki o, işlədiyini sübut edəcək sənədlər təqdim edə bilmir.

“Bu, qəddar Talibana görə çox qorxuludur. Onlar bizi heç vaxt bağışlamırlar.”

Ceyms Amerikanın Səsinə bidlirib ki, o, həm özü həm də ailəsinin təhlükəsizliyi ilə bağlı narahatlıqları səbəbilə gecələr yata bilmir.

O da Hacı kimi ABŞ qoşunları avqustun 31-də tamamilə geri çəkiləndən sonra “nə olacaq” deyə düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG