Accessibility links

Əfqan Talibanının “atası” öldürüldü


Naməlum şəxslər Pakistanda Əfqanıstanda Taliban hərəkatının atası sayılan yüksək rütbəli İslamçı lideri qətlə yetiriblər.

Ailə üzvləri təsdiqləyib ki, 81 yaşlı Mövlana Sami-ul Haq cümə günü Ravalpindi şəhərindəki evində istirahət edərkən bıçaqlanıb.

Cangüdən evə qayıdanda atamı qan gölündə tapıb.

Öldürülmüş liderin oğlu deyir ki, hücum baş verərkən atasının cangüdəni bazara gedibmiş.

“Cangüdən evə qayıdanda atamı qan gölündə tapıb,” deyə Mövlana Həmid-ül Haq atasının yaxınlıqdakı xəstəxanada dünyasını dəyişdiyini əlavə edib.

Qətlə görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.

Taliban qüvvələri illərdir Əfqanıstanda ABŞ-ın dəstəklədiyi hökumətə qarşı mübarizə aparır.
Taliban qüvvələri illərdir Əfqanıstanda ABŞ-ın dəstəklədiyi hökumətə qarşı mübarizə aparır.

Hazırda Çində rəsmi səfərdə olan baş nazir İmran Xan tanınmış ruhaninin vurulmasını pisləyib və əlaqədar qurumları qətli araşdırmağa çağırıb.

Sami-ul Haq məşhur “Haqqaniyə” mədrəsəsinin rəhbəri olub.

Pişəvər yaxınlığında fəaliyyət göstərən dini məktəb Taliban hərəkatının ərsəyə gəlməsində mühüm rol oynayıb.

1990-cı illərin əvvələrindən başlayaraq Taliban liderlərinin bir çoxu bu mədrəsənin məzunları olub.

XS
SM
MD
LG