Accessibility links

Əfsanəvi futbolçu Droqba karyerasını sona çatdırdı


Əfsanəvi futbolçu Droqba karyerasını sona çatdırdı
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Çelsi və Galatasaray futbol klublarının keçmiş hücumçusu, kot-d'İvuarlı futbolçu Didye Droqba noyabrın 21-də futbolçu karyerasını sona çatdırdığını açıqlayıb. Droqba 20 illik karyerası ərzində dörd dəfə İngiltərə Premiyer Liqasının, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.

Didye Droqba 1978-ci il martın 11-də Kot-d'İvuarda anadan olub. «Tito» ləqəbli oğlan 5 yaşında ikən əmisi ilə birgə Fransaya gəlir.

Fransada futbolun sirlərinə yiyələnməyə başlayan "Tito" ilk peşəkar müqaviləsini 1998-ci ildə Le-Man klubu ilə bağlayır. Daha sonra Genqam klubuna transfer olunan Droqba 2003-cü ildə Olimpik Marsel klubuna keçir.

Yeni klubunun heyətində 35 oyuna 18 qol vuran Droqba dünya futbolunda özündən söz etdirməyi bacarır. Bu, uğur Çelsi klubunun baş məşqçisi Joze Maurinyonun da diqqətindən yayınmır. Beləliklə 2004-cü ildə Çelsi klubuna transfer olunur.

İngiltərənin Çelsi futbol klubunun tarixində əcnəbi oyunçular arasında ən çox qol vuran futbolçu Çelsidəki qolların cəminə görə isə bu komandanın tarixində 4-cü yerdədir. Droqba İngiltərə Premyer-liqasında 100 qol vuran ilk afrikalı futbolçu olmuşdu.

Droqbaya Fransa millisində oynamaq təklif olunsa da, o, doğulduğu Fil dişi sahilinin yığmasında çıxış etməyə üstünlük verib və məhz buna görə də futbolçuya vətənində cəsur ürək ləqəbi veriblər.

O, Kot-d'İvuar futbol tarixinin ən yaxşı bomdbardir hesab edilir.

2012-ci ilin qış transfer pəncərəsində Droqba Çelsi klubundan Türkiyənin Qalatasaray klubuna transfer olmuşdu.

Kot-d'İvuar milli komandasından 100-dən çox oyunda çıxış edən və iki dəfə Afrika qitəsinin ən yaxşı oyunçusu seçilən Droqba karyerasını Finiks Reyzinq klubunda başa çatdırıb.

XS
SM
MD
LG