Accessibility links

Əfsanəvi futbolçu klub sahibi olub [Video]


Əfsanəvi futbolçu klub sahibi olub
please wait

No media source currently available

0:00 0:01:09 0:00

Braziliyalı hücumcu Ronaldo İspaniya La Liqasında iştirak edən Real Valyadolid klubunun səhmlərini alıb. Bazar ertəsi günü baş tutan rəsmi imzalama mərasimində Ronaldo klubun prezident Karlos Suarezdən səhmlərin 51 faizini aldığını elan edib.

İspaniya mediasının verdiyi məlumata görə, Barselona və Real Madrid klubunun sabiq hücumçusu bunun üçün 30 milyon avro ödəməli olub.

Ötən il İspaniyanın ikinci divizionunda mübarizə aparan Valyadolid klubu bu mövsüm La Liqada iştirak etmək hüququ qazanıb. Ronaldo bildirib ki, məqsədi komandasını İspaniyanın ən yaxşıları arasında saxlamaqdır.

''Biz məqsədlərimizə nail olmaq üçün lazım olan ən yaxşı insalara sahibik. Biz dayanmayacağıq. Çünki, biz ümidlərimizin imkan verdiyi yerə qədər irəliləmək istəyirik.''

Suarez klubun prezidenti olaraq fəaliyyətini davam etdirəcək.

Ronaldunun gəlməsi diqqətləri Valyadolid klubuna yönəldir və bu da klubun keyfiyyətinin artırmasına imkan verəcək. Mən Ronaldonu yeni evində salamlayıram. - deyə, klub prezidenti Suarez bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG