Accessibility links

Əfsanəvi Maradona vəfat etdi


Əfsanəvi Maradona vəfat etdi
please wait

No media source currently available

0:00 0:03:37 0:00

Əfsanəvi futbolçu Dieqo Maradona 60 yaşını qeyd etməsindən bir ay keçməmiş çərşənbə günü vəfat etdi. Çoxları futbol istedadına görə onu müqəddəsləşdirsə də, daxildəki mübarizəsi sonrakı həyatında əsas yeri tutdu.

Dieqo Armando Maradona Buenos Ayresin ətrafındakı evində ürək tutmasında öldü. Maradona Argentinada və ondan kənarda çoxları üçün çox şey ifadə edirdi. Slava Malamud idman təhlilçisidir.

"O, Argentinada istifadə olunan “El Pibe” termininin özünəməxsus təcəssümüdür. Oğlan, dəliqanlı. Argentinalılar, yoxsul argentinalılar özlərini belə görürlər. Bu qarışıq saçlı, alovlu, şeytan davranışları olan, əyləncəni sevən, sadəcə zəhmətsiz mükəmməl olan və buna görə ona “El Pibe del Oro” – yəni qızıl oğlan, adını verdilər. Çünki o, bu günə kimi doğulmuş ən “El Pibe” adam idi. Argentinada belə xatırlanacağını düşünürəm” - deyə, o qeyd edir.

Bütün zamanların ən böyük futbolçularından biri kimi qəbul edilən Maradona Argentinanın 1986 Dünya Kubokunu qazanmasına səbəb oldu. İngiltərə qarşısında biri mübahisəli olmaqla vurduğu iki qol 1/4 finalda tarixi qələbəni təmin etdi.

Malamud həmin matçı izlədiyini xatırlayır: “Hər iki qol da əla idi. Hakimdən başqa hamı bunun əl ilə vurulduğunu gördü (gülür). Ancaq düşünürəm ki, indi də İngiltərədə insanlar həmin oğlanın necə inanılmaz olduğunu başa düşürlər”

Futbol klublarından məşhur oyunçulara, adi insanlara qədər sosial mediada ona hörmət sözləri yazılır.

“Gracias por todo, Diego”

"Hər şey üçün təşəkkürlər, Dieqo" – deyə “Barcelona” yazır.

“Eternas gracias, Eterno Diego”

"Əbədi təşəkkürlər, Əbədi Dieqo" deyə, sabiq komandası “Boca Juniors” yazır.

Fil dişili Didye Droqba kimi məşhur oyunçu “Mənim kumirim vəfat etdi ... Nur içində yat, Diego Armando Maradona. İlk futbol köynəyim, futbola olan sevgimin arxasındakı adam” fikirlərini səsləndirib.

Digər məşhur oyunçu Kilyan Mbappe isə “Nur içində yat, əfsanə. Futbol tarixində əbədi qalacaqsan. Bütün dünyaya verdiyin həzz üçün təşəkkür edirəm” - deyə, bildirib.

Təxminən bir ay əvvəl Maradona 60 yaşını qeyd etdi. Buenos Ayresin mərkəzində onun şərəfinə 100 metr uzunluğunda bir lövhə düzəldildi.

"Çoxları şəxsi həyatını tənqid edir. Dieqo futboldur, həyatdır, o, hər şeydir. Şəxsi həyatı ilə istədiyini edə bilər, amma bizə hər şeyi verdi. O, dünyadakı ən böyük şeydir, mövcud olan ən böyük şeydir" - deyə, tərəfdarlardan biri bildirib.

Futboldan kənarda olan həyatı çox vaxt sərt tənqidlərə səbəb olurdu.

“Dünyadakı diktatorlara və xoşagəlməz şəxslərə simpatiyası, narkotiklərə, alkoqola bağlılıqdan sonradan başına gələn şeylər – bütün bunlar sonradan onu pis vəziyyətə salan çatışmazlıqları idi. O, sadəcə olduğu və sevdiyini şeyləri edəndə bütün bunları uzaqlaşdıra bildi və dünyaya həqiqi istedadını göstərə bildi. Sevdiyi işi dayandırmağa məcbur olduqda, bütün pis vərdişlər ortaya çıxdı. Ümid edirəm ki, insanların onun haqqında xatırladıqları bu deyil” - deyə, Slava Malamud bildirib.

Vətəni və dünyadakı pərəstişkarları onun vəfatından kədərlənərkən, Argentina Prezidenti Alberto Fernandez ölkədə üç günlük milli matəm elan etdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG