Accessibility links

"Əfsus ki, Cəmil bəy kimi ziyalılarımız azdır"


Hikmət Hacızadə ziyalılara çağırışı şərh edir
please wait

No media source currently available

0:00 0:09:24 0:00

Hikmət Hacızadə Milli Şura sədri Cəmil Həsənlinin ziyalılara çağırışı şərh edir

“Mən tamamilə Cəmil müəllimin narahatlığını bölüşürəm və onunla tam razıyam,” deyə Hikmət Hacızadə bu günlərdə Milli Şura sədrinin ziyalılara müraciətini şərh edir.

Onun sözlərinə görə, Azərbaycan “tam böhran” içərisindədir və mövcud qorxu mühiti çox az sayda ziyalının öz sözünü deməsinə imkan verir.

Belə ziyalılarımız çox azdır. Əldə barmaqla saymaq olar.

Bazar ertəsi Azərbaycan ziyalılarına çağırışda Cəmil Həsənli ölkədə avtoritarizmin doğurduğu çoxsaylı problemləri sadalayaraq onları ölkəyə “sahib çıxmağa” səsləmişdi.

Danışan ziyalılar o şəxslərdir ki, onlar beynəlxalq miqyasda tanınır, deyə Hacızadə Azərbaycanda müstəqil şəkildə sözünü deyə bilən ziyalıların olduqca az olduğunu vurğulayıb.

Milli Şura sədri və dünya miqyaslı tarixçi Cəmil Həsənli Azərbaycanda avtoritarizm əleyhinə bəyanatları ilə tanınır.
Milli Şura sədri və dünya miqyaslı tarixçi Cəmil Həsənli Azərbaycanda avtoritarizm əleyhinə bəyanatları ilə tanınır.

Onun sözlərinə görə, əksəriyyəti dövlət büdcəsindən maliyyələşən ziyalılar işlərini itirməkdən və müxtəlif növ məhrumiyyətlərlə üzləşməkdən çəkinirlər.

Azərbaycandakı mövcud siyasi atmosferi “diktatura” kimi dəyərləndirən Hacızadə ölkədəki neft resurslarının avtoritar idarəçilik üsulunun qorunub saxlanmasına xidmət göstərdiyini vurğulayıb.

O neft pulları, resurs pulları qurtarmayınca, çətin ki, burada nəsə baş verdi.

“Rejim dəyişmək üçün böhran axıradək dərinləşməlidir. Niyə o dərinləşmir? Bizim resurslarımıza görə. Resurslarımızı gen-boldur. Nefti satırlar, oradan pul əldə edib polisə, prokuraturaya, cürbəcür kriminal dəstələrə paylayırlar.”

Hacızadə əksər ziyalıların reallıqdan agah olduğunu, lakin gördüklərini açıq deməyin fəsadlarından ehtiyat etdiyini önə çəkib.

“Kimi dindirırsən, deyir ‘ailəmi dolandırırıam da.’”

Onun sözlərinə görə susmaqla “öz balasını dolandıranlar” bunu başqalarının övladlarının rifahı hesabına etdiklərini dərk etmirlər.

XS
SM
MD
LG