Accessibility links

Əhməd Haşimi: İranın mövqeyi çox zəifləyib


Əhməd Haşimi: İranın mövqeyi çox zəifləyib
please wait

No media source currently available

0:00 0:15:22 0:00

Birləşmiş Ştatlar və İran arasında gərginliklər keçən həftə İranın yüksək rütbəli komandiri Qasım Süleymaninin ABŞ-ın dron hücumu nəticəsində öldürülməsindən sonra yüksək həddə çatıb. Tehran ABŞ-ın Süleymaninin öldürülməsi əməliyyatına cavab olaraq İraqda Amerika qüvvələrinin yerləşdiyi bazaya raket zərbələri endirib. Hazırda iki ölkə 1979-cu ildə İranda İslam inqilabı, Amerika səfirliyinin ələ keçirilməsi və girov böhranından sonra ən ciddi qarşıdurma vəziyyətindədir. ABŞ-da yaşayan siyasi şərhçi Əhməd Haşimi Amerikanın Səsinə müsahibəsində Qasım Süleymaninin öldürülməsindən sonra yaranmış durum və İran Azərbaycanında reaksiyalar haqda danışıb.

Əhməd Haşimi yanvarın 3-də İraqda Bağdad hava limanında ABŞ-ın dron hücumu nəticəsində öldürülən İranın İnqilab Keşikçiləri Korpusunun elitar Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin İranın Ali dini rəhbəri Ayətullah Xameneyidən sonra “ikinci nömrəli fiqur” hesab edildiyini deyib. “O təkcə hərbi fiqur deyildi. O, Qüds qüvvələrinin başçısı idi, amma o eyni zamanda, siyasət sahəsində, diplomatik sahədə və daxili və xarici siyasət, özəlliklə, bölgə, region məsələlərində əslində ilk sözü deyirdi.”

Bir zamanlar İran Xarici İşlər Nazirliyinin əməkdaşı olmuş Əhməd Haşiminin sözlərinə görə, Qasım Süleymani İranın təkcə hərbi sahədə deyil, xarici siyasət, xüsusilə də İranın Yaxın Şərq regionunda siyasətində həlledici qərarların verilməsinə iştirak edirdi. “Mən şəxsən müşahidə edirdim ki, fərqli toplantılarda, görüşlərdə diplomat adı ilə Sepah-i Qüdsdən iştirak edirdilər, İranın Ettalaat (Kəşfiyyat) nazirliyindən iştirak edirdilər. Ona görə də buna heç şübhə yoxdur ki, özəlliklə İranın xarici siyasətinə gəlincə birinci sözü o deyirdi, Qasım Süleymani. Misal üçün, biz müşahidə edirdik ki, bəzən görüşlər olurdu, xarici prezidentlər, ya yüksək səviyyəli rəsmilər gəlirdi və İranın Xarici İşlər Nazirliyinin xəbəri olmurdu.”

Əhməd Haşimi bildirib ki, Qasım Süleymaninin dəfn mərasimində izdihamlı insan kütlələrinin iştirakı İranda “xalqın hökumət ətrafında sıx birləşdiyi” haqda təsəvvür yaratmamalıdır. O, keçən il noyabr ayında ölkəni bürümüş hökumət əleyhinə nümayişləri xüsusi qeyd edərək, bunun son 40 ildə İran rejiminə qarşı “bənzəri görünməmiş etirazlar” olduğunu deyib. O, İran Azərbaycanında matəm mərasimləri keçirilsə də, bunun miqyasının İranın digər şəhərlərindən daha az olduğunu bildirib.

Əhməd Haşimi İranın ABŞ-ın dron hücumundan sonra İraqdakı hərbi bazaya hücumunun ardınca ata biləcəyi addımlardan danışaraq, Tehranın hərbi cavab verəcəyini gözləmədiyini deyib. Onun sözlərinə görə, iqtisadi sanksiyaların təzyiqi altında olan İran hökuməti Qasım Süleymaninin öldürülməsindən sonra yaranmış vəziyyətdə gərginliyin daha da artmasına yol verilməməsinə çalışacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG