Accessibility links

Əhməd Haşimi: Təbriz Tehrana inamı itirib


Əhməd Haşimi: Təbriz Tehrana inamını itirib
please wait

No media source currently available

0:00 0:12:24 0:00

Birləşmiş Ştatlar Tehranın nüvə proqrami, eləcə də İranın Yaxın Şərqdə münaqişələrə müdaxiləsinin qarşısını almaq məqsədilə İrana qarşı iqtisadi sanksiyaları bərpa edib. Tramp administrasiyasının İranla bağlı yeni strategiyası Tehran rəsmilərinə qarşı iqtisadi sanksiyaların gücləndirilməsini nəzərdə tutur. Birləşmiş Ştatlar bildirir ki, bu strategiyanın əsas məqsədi İranda rejimin dəyişdirilməsi deyil, İran rəhbərliyinin davranışını dəyişməyə nail olmaqdan ibarətdir. İran xarici işlər nazirliyinin uzun illər əməkdaşı, şərhçi və jurnalist Əhməd Haşimi Amerikanıın Səsinin Amerika icmalı proqramında müsahibədə ABŞ-ın İranla bağlı yeni strategiyası, sanksiyaların təsirləri və İran azərbaycanlıların istəkləri və gözləntilərindən danışıb.

Amerikanın Səsi: ABŞ-ın İrana qarşı sanksiyaları yenidən qüvvəyə minib. İran hökumətində, rəsmi Tehranda sanksiyalarla bağlı əsas narahatlıqlar nədən ibarətdir?

Əhməd Haşimi: Əsas narahatlıqlar hər şeydən əvvəl iqtisadiyyatla əlaqədardır. Bildiyiniz kimi, özəlliklə də son aylarda İranın iqtisadi vəziyyəti çox pis durumdadır. Dollar qarşısında İran tüməni və riyalı dəyərəni çox itirib. İşsizlik artıb. Bunlar hamısı xalqın arasında narahatlıqlara gətirib çıxarıb və etirazlara, etiraz nümayişlərinə səbəb olub. Bütün dünya mediası bunu izləyir. Bunlar İran İslam Respublikasını çox narahat edir və ona görə də Ali dini rəhbər Xameneyi bundan öncə bu nüvə anlaşmasına, müqaviləyə dəyər vermirdi. İndi isə onu müdafiə etməyə başlayıb və Amerikaya qarşı narahatlıq bildirir ki, `niyə siz bu anlalşmadan, müqavilədən çıxdınız, niyə onu tərk etdiyiniz.`

İranın əldə etdiyi maddi qaynaqlar bölgədə şiəliyin yayılması, riskli fəaliyyətlər üçün istifadə edildi.

Amerikanın Səsi: Birləşmiş Ştatların hazırkı administrasiyasından fərqli olaraq, keçmiş prezident Barak Obamanın administrasiyası İranla bağlı fərqli strategiya yürüdürdü və bu strategiyanın əsasında İran xalqı ilə münasibətlərin yaxşılaşdırılması, İran rejiminə davranışını dəyişməyə imkan verilməsi daxil idir. Lakin bir çox müşahidəçinin fikrincə, bu, Tehranda rejimin öz davranışını dəyişməsi ilə nəticələnmədi. Siz necə fikirləşirsiniz, Tramp administrasiyasının hazırkı strategiyası İran rejiminin, İran rəhbərliyinin davranışını dəyişməsinə gətirib çıxara bilərmi?

Əhməd Haşimi: Tam razıyam ki, əvvəlki administrasiya, Obama administrasiyası verdiyi bütün imtiyazlara rağmən İranın davranışını dəyişdirməyə müvəffəq olmadı. İranın əldə etdiyi maddi qaynaqlar bölgədə şiəliyin yayılması, riskli fəaliyyətlər üçün istifadə edildi. Amma Tramp administrasiyasına gəldikdə, mən əmin deyiləm ki, bu nə qədər müvəffəq olacaq. Təbii ki, bəlli bir yerə qədər müvəffəq olub. İran iqtisadiyyatı qarışıqlığa məruz qalıb, böyük sıxıntılar var, dediyim kimi valyuta, işsizliyin durumu ilə bağıə. Fabriklər bağlanmaqdadır, tətil olub. Məsələn, Ərk çox qədim bir fabrikadır, yüz illik fabriklər, karxanalar bağlanıblar. Hamısı bu sanksiyaların üzündən. Təbii ki, bunların çox təsiri olacaq. Amma hər şey beynəlxalq ictimaiyyətin Tramp administrasiyasının bu mövqeyi ilə bağlı hansı reaksiya verəcəyindən asılı olacaq. Məsələn, Çin, Rusiya, özəlliklə də Avropa Birliyi çox önəm daşıyır. Əgər Avropa Birliyi əməkdaşlıq etsə, Vaşinqtonla bir çox işlər görülə biləcək. Özəlliklə də bu sanksiyalar neft sektoruna, qaz sektoruna və bank sektoruna yayılacaq və bu da İrana, İran İslam Respublikasının iqtisadiyyatına çox böyük təzyiq və zərbə deməkdir.

Azərbaycan son 100 ildə belə hiss edir ki, Azərbaycana diqqət yetirilmir, dəyər verilmir.

Amerikanın Səsi: Əhməd bəy, siz uzun müddət İran Xarici İşlər nazirliyində çalışmısınız, yüksək səviyyəli rəsmilərlə səfərlərdə olmusunuz, səhnəarxası görüşlərin iştirakçısı olmusunuz. İran diplomatları arasında Qərblə münasibətlər, Amerika Birləşmiş Ştatları ilə münasibətlərlə bağlı hansi fikirlər var? İran uzun müddət təcrid olunmuş bir vəziyyətdə olub. İran diplomatları bu məsələlərə necə baxırlar?

Özəlliklə də bu sanksiyalar neft sektoruna, qaz sektoruna və bank sektoruna yayılacaq və bu da İrana, İran İslam Respublikasının iqtisadiyyatına çox böyük təzyiq və zərbə deməkdir.

Əhməd Haşimi: Təbii ki, İran Xarici İşlər Nazirliyində həssaslıq var, hamını işə götürmürlər, işə daxil olmaq üçün uzun bir proses var. Amma bunlara baxmayaraq, İran diplomatları arasında, təbii ki, onlar da İran cəmiyyətindən gəliblər, xalqın arasında gəliblər, fərqli görüşlər var. Yüksək səviyyəli diplomatlar arasında təbii ki, onlara daha çox təzyiq olduğu üçün onlar özlərinə daha çox nəzarət edir, senzura qoyur. Amma daha aşağı səviyyələrə gəlincə, mən bunu əminliklə deyə bilərəm ki, qətiyyətlə deyə bilərəm ki, əksəriyyət İran İslam Respublikasının xarici siyasəti və diplomatiyası ilə razı deyillər, onlara qatılmırlar. Mən xatırlayıram ki, Suriya olayları, Suriyada vətəndaş müharibəsi başlayanda çox fərqli fikirlər var idi, görüşlər var idi və bir çox təbii orada çalışanlara basqılar var idi, bəziləri xaric edildilər və mən də onların arasında idim. Bunun bir səbəbi də elə Suriyada vəziyyət idi ki, ona bir çox diplomatlar və Xarici İşlər Nazirliyində çalışanlar bu vəziyyətə, İranın Suriya siyasətinə qarşı idi.

Amerikanın Səsi: Siz həm də İran Xarici İşlər nazirliyində işləyən yəqin ki azsaylı azərbaycanlılardan biri olmusunuz. Sizin şəxsən özünüzə, Azərbaycana, Azərbaycan Respublikasına münasibət haqda nə söyləyə bilərsiniz?

Azərbaycanlılara bir təhlükə olaraq baxırlar, təhlükəsizlik problemi kimi baxırlar, bir etnik azlıq kimi baxılmır.

Əhməd Haşimi: Təbii ki, azərbaycanlılar az saydadırlar, amma çox da az deyillər. Amma təbii ki, onları işə götürmək üçün bəlli şərtlər var. O prinsipləri qəbul edən azərbaycanlıları işə götürürlər, ən azından göstərməlidir ki, o prinsiplərə inanır. Bunlar məsələn, “şiəçilik”dir, “farsçılıq”dır, vilayəti fəqihdir (İranda hakim siyasi quruluş olan teokratik hakimiyyət-red.). Bunlara inanandan sonra təbii ki, dediyim kimi, farsçı olmaq çox önəmlidir. Azərbaycan, azərbaycanlılıqdan, türkçülükdən, türk adət-ənənələrindən danışılmamalıdır. Yəni bunları, keçmişimizi təbii araşdırırlar . Buna yəqin olduqdan sonra qəbul edirlər. Lakin bunu deyə bilərəm ki, azərbaycanlılara bir təhlükə olaraq baxırlar, təhlükəsizlik problemi kimi baxırlar, bir etnik azlıq kimi baxılmır. Ona görə də çox həssaslıq var. Bir misal gətirmək istəyirəm. 2011-ci ildə Abdulla Gül Təbrizə gəlmişdi. Mən Təbrizdə deyildim, amma səfərin Tehran hissəsində mən də var idim. Gördüm ki, diplomatlar arasında, nazir və onun müavinləri arasında bir gərginlik var ki, bu, bir təhlükədir, bunu ölkənin təhlükəsizlik məsələsinə çevirmişdilər. Abdulla Gül çox yaxşı qarşılandı. İndi də məsələn, mən Ərdoğanın siyasi baxışlarına toxunmuram. Ərdoğanı bəziləri sevir, bəziləri sevmir. Amma İrana, Təbrizə gələcəkdi, mediaya əsasən, azərbaycanlılar orada bir qarşılama, qonaqpərvərlik göstərəcəkdi. İndi onu dəyişdirdilər. Artıq bu üçlü görüşmə-Ərdoğan, Ruhani və Putin görüşməsi Tehranda olacaq, Təbrizdə olmayacaq. Yenə də bu, azərbaycanlıları bir təhlükə olaraq görmələrindən ibarətdir ki, bunu dəyişdirdilər.

Amerikanın Səsi: Əhməd bəy, siz İrandakı hadisələri yəqin ki yaxından izləyirsiniz. Keçən ilin sonlarından və bu ilin əvvəllərindən başlayaraq İranda ara-sıra etiraz nümayişləri baş qaldırır. Müşahidəçilər bildirir ki, bu nümayişlərdə Azərbaycan türkləri kifayət qədər aktiv iştirak etmir. Sizcə, bunun səbəbi nə ilə əlaqədardır?

2009-cu ildən bu yana Azərbaycan və Təbriz Tehrandan küsüb və artıq bərabər və birlikdə çalışmırlar, hərəkət etmirlər bu aksiyalarda, etiraz nümayişlərində.

Əhməd Haşimi: Əlbəttə, hər şeydən öncə qeyd etməliyəm ki, azərbaycanlılar bu vəziyyətdən məmnun deyil, razı deyil, öz narahatlıqlarını bəlli vəziyyətlərdə göstəriblər və göstərməkdədirlər. İrançı və farsçşı sistemdən razı deyillər. Mənə bunu belə deyə bilərəm ki, Təbriz Tehrandan küsüb. Təbriz Tehranın azərbaycanlıların təbəbləri və istəklərində maraqlı deyil, onları izləmir, onları gerçəkləşdirmək istəmir. Ona görə bir az soyuyub. Mən bunu deyə bilərəm ki, 2009-cu ldən bu yana, “Yaşıl hərəkat” kimi tanınan etiraz nümayişlərindən bu yana, hər şeydən öncə Mir Hüseyn Musəvi özü Azərbaycan əsilli idi, amma Azərbaycanın təbəbləri və istəklərini dilə gətirmədiyi üçün onu dəstəkləmədilər. Ondan sonra aksiyalar, etiraz nümayişləri var idi, ona qatılmadılar. Deyə bilərəm ki, o tarixdən bu yana, 2009-cu ildən bu yana Azərbaycan və Təbriz Tehrandan küsüb və artıq bərabər və birlikdə çalışmırlar, hərəkət etmirlər bu aksiyalarda, etiraz nümayişlərində. Amma bu o demək deyil ki, Təbriz razıdır. Azərbaycan son 100 ildə belə hiss edir ki, Azərbaycana diqqət yetirilmir, dəyər verilmir. Bunu biz məsələn, “Traxtor”un oyunlarında görürük ki, Ruhaninin verdiyi vədləri yerinə yetirmədiyini deyirlər, dilə gətirirlər-“Türk dilində mədrəsə olmalıdır hər kəsə”. Və təbii o biri istəklər-Urmu gölü ilə əlaqədar, iqtisadiyyatla bağlı istəklərini, tələblərini dilə gətirirlər. Və bunlar qarşılanmadığı üçün Təbriz və Azərbaycan özünü bir az kənara çəkib, qırağa çəkib bu aksiyalardan, Tehranda və İranda baş verənlərdən.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG