Accessibility links

Əhməd Məsud ABŞ-la Taliban arasında mümkün "gizli" sülh sazişinə qarşı xəbərdarlıq edir


"Birləşmiş Ştatlarla Taliban arasındakı "gizli" sülh sazişi Əfqanıstanda üsyançıların sərt rejiminə qapı açar və geniş müqavimətə səbəb ola bilər," deyə anti-Sovet müqavimətinin qəhrəmanı və sonradan Əl-Qaida tərəfindən öldürülmüş Əhməd Şah Məsudun oğlu bildirib.

2001-ci il sentyabrın 11-də Birləşmiş Ştatlara hücumlardan bir neçə gün əvvəl atasının öldürüldüyü zaman 12 yaşında olan Əhməd Məsud bu həftə Talibanla əldə edilən razılığı tənqid edən əfqan siyasətçilərindən biridir.

Biz sülh sazişini böyük bir fürsət olaraq görürük, lakin bunun necə edildiyi təəssüf ki, bizi məyus etdi.


Əfqanıstan siyasətində hələ nisbətən yeni olmasına baxmayaraq, nəsil adətlərinə hələ də üstünlük verilən ölkədə atasının adı onun dediyi sözlərə ağırlıq gətirir.

"Bu, çox gizli, qapılar arxasında baş verib," Əhməd Məsud Reuters xəbər agentliyinə verdiyi müsahibəsində bildirib.

ABŞ-ın Talibanla danışıqlarına Xüsusi Elçi Zalmay Xəlilzad başçılıq edib.
ABŞ-ın Talibanla danışıqlarına Xüsusi Elçi Zalmay Xəlilzad başçılıq edib.

"Biz sülh sazişini böyük bir fürsət olaraq görürük, lakin bunun necə edildiyi təəssüf ki, bizi məyus etdi. Biz aydınlıq görmək istəyirik, bu məsələdə ölkənin hər yerindən insanlar görmək istəyirik," o bildirib.

Cümə axşamı Pancşir vadisində 10 minə yaxın tərəfdaşının atasının məqbərəsinə yürüş etməsindən sonra danışan Məsudun şərhləri bir çox əfqanın iştirakı olmadan əldə edilən razılığa dair dərin şübhələri əks etdirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG