Accessibility links

Əhməd Obalı: Reallıq budur ki, millət Amerikanın tərəfindədir


Əhməd Obalı: Reallıq budur ki, millət Amerikanın tərəfindədir
please wait

No media source currently available

0:00 0:14:29 0:00

Günaz televiziyasının təsisçisi Əhməd Obalının Amerikanın Səsinə müsahibəsi

Yanvarın 3-də ABŞ-ın yüksək rütbəli generalı Qasım Süleymanini öldürməsinə cavab olaraq İranın İraqda Amerika hərbi qüvvələrinin bazasına raket zərbələri endirməsindən sonra Birləşmiş Ştatlar və İran arasında münasibətlərdə gərginliyin artdığı şəraitdə sərnişinlərinin əksəriyyəti iranlılardan ibarət olan Ukrayna təyyarəsinin vurulması, hadisənin əvvəlcə ictimaiyyətdən gizlədilməsi və sonra Tehranın təyyarənin hərbi qüvvələr tərəfindən vurulduğunu etiraf etməsi İranda son günlər geniş etirazlara gətirib çıxarıb. Günaz televiziyasının təsisçisi Əhməd Obalı Amerikanın Səsinə müsahibəsində hazırkı etirazlar, İran Azərbaycanında ölkədə baş verən son hadisələrə və İranla gərginliklər fonunda Birləşmiş Ştatlara münasibət haqda danışıb.

Əhməd Obalı İranda hazırkı etiraz nümayişlərinin təsirləri və vaxtı, eləcə də səsləndirələn şüarlara görə əvvəlki etirazlardan mühüm fərqləri olduğunu bildirib. “Bu etirazların....çox-çox təsirləri vardır. Mühüm nöqtələr vardır. Verilən sloqanlar kimlərin əleyhinədir. Birinci dəfədir məsələn, Xameneyinin əleyhinə burda şüar verilir adını çəkərək.”

Bu, İranla Amerikanın belə savaşı deyil. Bu, Qərb və sivil dünyası, Amerika ilə mollaların bu terror qrupunun savaşıdır.

Əhməd Obalı ABŞ və İran arasında general Qasım Süleymaninin öldürülməsindən sonra qarşıdurmanın daha da gərgin xarakter aldığı vəziyyətdə İran Azərbaycanında insanlar tərəfindən Birləşmiş Ştatlara dəstək mesajları verildiyini deyib. “Həqiqətən də atmosfer savaş atmosferi idi. İstəyimiz də bu idi ki, biz qatılmırıq bu savaşa savaş olursa. Bu, bizim savaşımız deyil. Bu, İranla Amerikanın belə savaşı deyil. Bu, Qərb və sivil dünyası, Amerika ilə mollaların bu terror qrupunun savaşıdır."

Əhməd Obalının bildirdiyinə görə, İran rəsmilərinin Qasım Süleymani üçün izdihamlı matəm mərasimi keçirməklə ölkədə birliyin mövcud olduğunu nümayiş etdirməyə çalışmasına baxmayaraq, adi insanlar, xüsusilə də Ukraynaya məxsus təyyarənin vurulmasından sonra hökumətə, hərbi qüvvələrə və rejimə qarşı çəkinmədən etiraz səslərini ucaldıblar. “Qasım Süleymaninin cənazəsində elan etdilər ki, 95 min avtobusla millət gətiriblər ora. Bu 94 min böyük rəqəm istəyir, pul xərclədilər o birliyi göstərmək üçün. Amma iki gündən sonra onların hamısı alt-üst oldu görürsünüz. Bu dəfə piketlər çıxdı Xameneiyə və SEPAH-a qarşı birinci dəfə. SEPAH-ın adını çəkərək, İslam qorucu ordusunu, adını çəkərək, onun əleyhinə və Xameneyinin əleyhinə şüarlar verildi. Və bu da onların xərclədiyi pulların heçə getməsi deməkdir.”

Amerika gəlib bizim pulumuzu aparıb Livanda, Suriyada, İraqda xərcləmir. Onu bu rejim edir. Amerika bizim cavanlarımızı məmləkətdən qovmur. Amerika bizim cavanlaramızı tutub orda edam etmir. Amerika etirazçıların üstünə gəlib İranda güllə yığmır. Bunun hamısı bu rejimin işidir.

Əhməd Obalı son hadisələrdə təkcə İran Azərbaycanı deyil, İranın başqa bölgələrində də insanların əsas qəzəbinin İran hakimiyyətinin özünə yönəldiyini bildirib. ABŞ-a münasibətdə isə o, İranda dostluq hissinin artdığını düşündüyünü deyib. “Tam səmiyyətlə deyə bilərəm ki, istər-istəməz Güney Azərbaycanda, siz dediyiniz kimi İran Azərbaycanında, o məntəqədə yalnız deyil, bütün İranda Amerikaya qarşı rejimin dediyinin yüzdə biri qədər müxalifət yoxdur. Nə Amerikaya, nə İsrailə. Dostluq hissi daha çoxdur, nəinki ortada qalmaq hətta. Müxalifət isə demək olar çox azdır.”

Əhməd Obalı bildirib ki, insanların çoxu ölkədəki vəziyyətə görə İran hakimiyyətinin məsuliyyət daşıdığına inanır. “Amerikaya, İsrailə, Qərb dünyasına dostluq hissi qat-qat ona müxalif olanlardan çoxdur. Mən bunu əminliklə deyə bilərəm sizə. Yetər ki, Amerika bunu başa düşsün, yetər ki, Qərb bunu başa düşsün ki, orda millət bu rejimin, bu sistemin 40 ildə hər ildə məmləkəti geri saxlamasını öz gözləri ilə görür. Amerika gəlib bizim demək pulumuzu aparıb Livanda, Suriyada, İraqda xərcləmir. Onu bu rejim edir. Amerika bizim cavanlarımızı məmləkətdən qovmur. Amerika bizim cavanlaramızı tutub orda edam etmir. Amerika etirazçıların üstünə gəlib İranda güllə yığmır. Bunun hamısı bu rejimin işidir. Millət də onu görür. Biz desək də görürlər, deməsək də görürlər. Odur ki, təbliğata, reklama qulaq asmaq lazım deyil. Reallıq budur ki, millət Amerikanın tərəfindədir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG