Accessibility links

Əkrəm Fevzi: Hazırda türkmənlər İŞİD-in raketləri altındadır [Audio-müsahibə]


Türkmənlər silahlandı
Türkmənlər silahlandı

İraq parlamentinin keçmiş üzvü türkmənlərin qarşılaşdığı təhlükələrdən danışır

İraq parlamentinin keçmiş deputatı Əkrəm Fevzi Terzioğlu Amerikanın Səsinə müsahibəsində ölkədəki türkmənlərin üzləşdiyi təhlükələrdən danışıb. Hazırda paytaxt Bağdadda olan cənab Fevzi türkmənlərin çətin vəziyyətdə olduğunu, özlərini müdafiə üçün silaha sarıldığını bildirib. Əkrəm Fevzi ilə müsahibəni təqdim edirik:
please wait

No media source currently available

0:00 0:09:34 0:00
Direct link
Əkrəm Fevzi Terzioglu
Əkrəm Fevzi Terzioglu
Amerikanın Səsi: Son günlər İraqda, xüsusilə türkmənlərin yaşadığı ərazilərdi gərginlik yaşanmaqdadır. İraq Şam İslam Dövləti Mosulu işğal edəndən sonra Təlafər və Kərkük istiqamətində hərəkətə keçib və bəzi bölgələrin nəzarətini ələ keçirdiyi deyilir. Regionda son durum nədən ibarətdir?

Əkrəm Fevzi Terzioğlu: Çətin vəziyyətimizdə bizimlə maraqlanmağınız bizi çox sevindirir. İraq türkmanları qətliama uğramaqdadır. İraq türkmanlarının şanı-şöhrəti, tarixi, coğrafiyası yox olmaqdadır. Hazırda Təlafərdə, Tuzhurmatuda, Bəşir Qəsəbəsində, Çardağlı Qəsəbəsində və Əmirli Qəsəbəsində minlərlə İraq türkməni atəş altındadır. Türkmənlər
Hazırda Təlafərdə, Tuzhurmatuda, Bəşir Qəsəbəsində, Çardağlı Qəsəbəsində və Əmirli Qəsəbəsində minlərlə İraq türkməni atəş altındadır. Türkmənlər İŞİD silahlılarının basqısı, raketləri altındadır. Ailə üzvlərimiz, insanlarımız hazırda pərən-pərən düşərək çöllərə, dağlara, meşələrdə qaçıb, orada yaşayır. Çətin vəziyyətdir. Biz bu mübarək yerdən bütün türk dünyasına səslənirik.
Əkrəm Fevzi
İŞİD silahlılarının basqısı, raketləri altındadır. Ailə üzvlərimiz, insanlarımız hazırda pərən-pərən düşərək çöllərə, dağlara, meşələrdə qaçıb, orada yaşayır. Çətin vəziyyətdir. Biz bu mübarək yerdən bütün türk dünyasına səslənirik. Türkiyəyə, Azərbaycana səslənirik ki, bizim yanımızda dursunlar, bizə dəstək olsunlar. İraq türkmənlərinin çoxsaylı silaha, təchizata ehtiyacı var. İndi tarixi bir vəziyyətdir, türkmənləri xilas etmək zamanıdır. Hazırda Təlafərdə insanlarımız öldürülür.

Amerikanın Səsi: Bu gün daxil olan məlumata görə Türkmən Cəbhəsinin sədri Ərşad Salini bəyan edib ki, türkmənlər özlərini müdafiə üçün silaha qurşanıblar, mübarizəyə qoşulublar. Bu həqiqətdirmi? Nə baş verir?

Əkrəm Fevzi Terzioğlu: Həqiqətən 2003-cü ildən bəri İraqda bütün insanlar silahlı olsa da, yalnız türkmənlər silah götürməmişdilər. Mən mübarək İraq Türkmən Cəbhəsinin qurucularından sayılıram, cənab Ərşad bəyin bu çağırışı çox yaxşıdır, ancaq çox gecikmiş çağırışdır. Bütün türkmən eli hazırda silahlı olmalıdır. Çünki İraqda müharibə qanunları hökm sürür. Burada meşə qanunudur, qüvvətlinin zəifi yeməsi qanunudur. İndi bu anda bizim Çardağlı kəndi və digər qəsəbələrimiz raketlər altındadır. İŞİD silahlıları onlara qarşı güclü hücumlar həyata keçirir.

Amerikanın Səsi: Əkrəm bəy, ölənlərin sayı ilə bağlı məlumat varmı? Nə qədər adam ölüb və İŞİD hansı şəhərlər zəbt edib. Və hansı şəhərlərdə türkmənlər müdafiə olunmaq iqtidarındadır?
İndi siz mənə zəng etməmişdən beş dəqiqə öncə da insanlar zəng edib fərhad edirdi, kömək istəyirdilər. Deyirdilər ki, silahlarımız tükənib, İŞİD silahlıları güclü silahlarla gəliblər, bizim məmləkətimiz alacaqlar. Alsalar da qətliam edəcəklər. Onlar heç nəyə göz yummurlar.
Əkrəm Fevzi
Əkrəm Fevzi Terzioğlu: Heç birində türkmənlər iqtidarda deyil. Peşmərgə Kərkükü alıb, Süleymaniyyəni İŞİD alıb, Əmirlini Malikinin silahlılarının əlindədir. Həqiqətən sahibsiz qalmışıq. İndi siz mənə zəng etməmişdən beş dəqiqə öncə da insanlar zəng edib fərhad edirdi, kömək istəyirdilər. Deyirdilər ki, silahlarımız tükənib, İŞİD silahlıları güclü silahlarla gəliblər, bizim məmləkətimiz alacaqlar. Alsalar da qətliam edəcəklər. Onlar heç nəyə göz yummurlar.

Amerikanın Səsi: Bu zəng sizə Kərkükdən yoxsa Təlafərdən daxil olmuşdu?

Əkrəm Fevzi Terzioğlu: Təlafərdə, Tuzhurmatuda, Bəşir Qəsəbəsində, və Əmirli Qəsəbəsindən. İndi Xasadarlıda və Çardağlıda raketlər yağmaqdadır. Eyni zamanda dünən gecə Malikinin silahlı qüvvələri çox saylı təyyarələrlə Təlafərin yarısını silahlarla təmin edə bilib və şəhərin 70 faizi geri ala bilib. Ancaq yenə İŞİD silahlıları oradadır və Təlafərdə hücumlar həyata keçirməkdədir.

Amerikanın Səsi: Yəni hökumət qüvvələri müdafiəyə yardım edirlər. Eləmi?

Əkrəm Fevzi Terzioğlu: Bəli. Hətta indi güneydə insanlar könüllü olub Təlafərə, Mosula istiqamətlənməkdədirlər. Onlar ora işğal olunan bölgələri İŞİD-dən xilas etməyə gedirlər.
XS
SM
MD
LG