Accessibility links

Əkrəm Həsənov: "Əmlakın mənbəyi məlum deyilsə, müsadirə edilə bilər"


Əkrəm Həsənov: Mənbəyi sübut olunmayan əmlakın müsadirə təhlükəsi var
please wait

No media source currently available

0:00 0:06:01 0:00

Vəkil Əkrəm Həsənov Amerikanın Səsinə müsahibəsində qeyri-leqal yolla əldə edilmiş sərvətin leqallaşdırılması məsələlərindən danışıb.

Amerikanın Səsi: Beynəlxalq Bankın keçmiş sədrinin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakının İngiltərədə müsadirəsi məsələsi gündəliyə gətiriləndən sonra qeyri-leqal yolla əldə edilmiş kapitalın leqallaşdırılmasını təklif edibsiniz. Azərbaycan vətəndaşlarının qeyri-leqal yolla topladığı sərvətin təxmini miqdarı nə qədər olar və bu kapital əsasən dünyanın hansı ölkələrində cəmləşib?

Yalnız Beynəlxalq Bankdan çıxarılan vəsaitlərə baxsaq, söhbət 10 milyardlarla hesablanan vəsaitdən gedir.

Əkrəm Həsənov: Həmin vəsaitin təxmini məbləğini demək əlbəttə çox çətindir. Çünki qeyri-leqal olduğu üçün, adından göründüyü kimi uçotu və qeydiyyatı yoxdur. Yalnız Beynəlxalq Bankdan çıxarılan vəsaitlərə baxsaq, söhbət 10 milyardlarla hesablanan vəsaitdən gedir. Bəlkə də 100 milyarddan da çoxdur. Bu vəsaitlərin hansı ölkələrdə yerləşdirilməsinə gəldikdə isə aydın məsələdir ki, pullar Qərb ölkələrində yerləşdirilib. Çünki həmin ölkələrdə qanunçuluq prinsipinə daha çox riayət edildiyi üçün pullar həmin ölkələrə aparılıb. Amma təbii ki, vəsaitlər Rusiyaya da, keçmiş SSR respublikalarına da, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərə də və Türkiyəyə də daşınıb.

Amerikanın Səsi: Qeyri-leqal yolla toplanmış sərvətin leqallaşdırılması necə həyata keçirilə bilər? Bununla bağlı təklifləriniz maraqlıdır?

Əkrəm Həsənov: Hesab edirəm ki, bununla bağlı dövlət qanun qəbul etməlidir. Həmin qanunda müəyyən edilməlidir ki, indiyə kimi kimin qeyri-reqal əmlakı varsa onu üzə çıxara bilər, qeydiyyata aldıra bilər. Təbii ki, həmin əmlakdan dövlətə müəyyən verginin ödənilməsi şərti ilə. Həmin əmlakın haradan alınması ilə bağlı əmlakın sahibinə sual verilməyəcək. Həmin əmlak leqallaşandan sonra hansısa xarici dövlətlərin deyil, Azərbaycanın iqtisadiyyatının inkişafına xidmət edəcək. Əslində, bu gün bütün inkişaf etmiş ölkələr vaxtı ilə bu yolu keçiblər.

Amerikanın Səsi: Xarici ölkələrdə cəmləşən qeyri-leqal yolla əldə edilmiş sərvətlərin leqallaşdırılması həmin vəsaitin ölkəyə qaytarılmasına kömək edə bilərmi? Bəs xarici ölkələrdə cəmləşən qeyri-leqal sərvətləri perspektivdə hansı təhlükələr gözləyir?

Əgər Azərbaycan kapitalların amnistiyasını həyata keçirsə ehtimal böyükdür ki, o vəsaitlərin xeyli hissəsi məhz Azərbaycana qayıdacaq. Çünki əvvəl-axır hamımız başa düşməliyik ki, əmlakımız üçün də, canımız üçün də ən təhlükəsiz ölkə yenə də öz ölkəmizidir.

Əkrəm Həsənov: Axırdan başlayaq. Aydın məsələdir ki, İngiltərənin başladığı bu təcrübə tədricən digər Qərb dövlətlərində də tətbiq ediləcək. Avropada da, ABŞ-da da tətbiq ediləcək. Bu isə o deməkdir ki, tədricən xaricdə mənbəyi sübut oluna bilməyən əmlakın həmin dövlətlər tərəfindən tam müsadirə olunması təhlükəsi var. Buna görə də o pulları Azərbaycandan çıxaran və nəinki Azərbaycandan, digər ölkələrdən də çıxaranlar düşünürlər, ya pulları öz ölkələrinə qyatarsınlar, ya da təhlükəsiz olan ölkələrə yerləşdirsinlər. Təbii ki, mən güman etmirəm ki, o pulların hamısı Azərbaycana qayıdacaq. Yəqin ki, yenə Rusiyaya, Türkiyəyə və digər dövlətlərə də keçirliəcək. Amma əgər Azərbaycan kapitalların amnistiyasını həyata keçirsə ehtimal böyükdür ki, o vəsaitlərin xeyli hissəsi məhz Azərbaycana qayıdacaq. Çünki əvvəl-axır hamımız başa düşməliyik ki, əmlakımız üçün də, canımız üçün də ən təhlükəsiz ölkə yenə də öz

Əslinə qalsa Azərbaycanın xaricilərin vəsaitinə ehtiyacı yoxdur. Öz vətəndaşlarımız ölkədən çıxardığı pulları gətirib yenidən Azərbycan iqtisadiyyatına qoysalar, ölkənin iqtisadiyyatına xeyli kömək olar.

ölkəmizidir.

Amerikanın Səsi: Xarici ölkələrdə olan qeyri-leqal sərvətlərin ölkəyə qaytarılması üçün hökumət hansı addımları atmalıdır? Ümumilikdə qeyri-leqal sərvətlərin leqallaşdırılması iqtisadiyyatın inkişafına hansı köməklik edə bilər?

Əkrəm Həsənov: “Kapitalların amnistiyası haqqında” qanun qəbul edilməlidir. Təbii ki, yalnız bununla kifayətlənmək olmaz. Çünki bu gün Azərbaycanda xeyli qanunlarımız var ki, gözəl qanunlardır, amma onların tətbiqində xeyli problemlər var. Buna görə də qanunun qəbulu ilə bərabər ciddi və köklü hüquq və qanunvericilik islahatları aparılmalıdır. Bizim qanunvericilkdə də xeyli problemlər var. Onlar aradan qaldırılmalıdır. Ən əsası da məhkəmələrin müstəqilliyi və ədalətliliyi tam təmin olunmalıdır. Bunlarla yanaşı hakimlərin də içərisində daha savadlı kadrları görmək istərdik. Yəni bu addımlar olacaqsa, təbii ki, vəsaitlər ölkəyə qaytarılacaq. Siz sual verdiniz ki, bunun Azərbaycan üçün nə xeyri olacaq? Bu gün deyirik ki, qeyri-neft sektorunu inkişaf etdirmək istəyirirk, ölkəyə vəsaitlər cəlb etmək istəyirik. Əslinə qalsa Azərbaycanın xaricilərin vəsaitinə ehtiyacı yoxdur. Öz vətəndaşlarımız ölkədən çıxardığı pulları gətirib yenidən Azərbycan iqtisadiyyatına qoysalar, ölkənin iqtisadiyyatına xeyli kömək olar. Ancaq nəzərə almaq lazımdır ki, sahibkar o ölkəyə pul qoyur ki, o ölkədə üç prinsipə riayət olunur: mülkiyyətin toxunulmazlığı, müqavilələrin icrası və sağlam rəqabət.

XS
SM
MD
LG