Accessibility links

Əkrəm İmamoğlu İstanbulun meri oldu


Türkiyədə əsas müxalifət partiyasının namizədi seçki nəticələrinin hesablanmasının başa çatmsaından sonra prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf partiyasının ölkənin ən böyük şəhərində səslərin yenidən hesabalanması haqda çağırışlarına baxmayaraq, İstanbul şəhərinin meri elan edilib.

Çərşənbə günü İstanbulda keçirilmiş yerli seçki səslərinin qeydiyyatı sona çatıb. Türkiyənin Ali Seçki Şurası İstanbuldakı seçkiləri etibarlı və keçirilmiş sayıb. Qələbəni şəhərdəki Bələdiyyə başçısını təyin edəcək Respublikaçı Müxalifət Partiyası (CHP) qazanıb.

İstanbul məhkəməsində çox sayda tərəfdarının iştirakı etdiyini mərasim zamanı yeni CHP bələdiyyə başçısı Əkrəm İmamoğluna qızıl çərçivəyə qoyulmuş sənəd təqdim edilib və o, rəsmən şəhər bələdiyyə başçısı elan edilib.

Partiyanın Twitterdə bildirdiyinə görə, İmamoğlu yerli vaxtla saat 18.00-da vəzifəsinin icrasına başlayır.

31 mart yerli bələdiyyə seçkilərində ilkin nəticələrə görə əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası (CHP) Türkiyənin ticarət mərkəzi olan İstanbulda Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) və onun islamçı sələflərinin 25 illik nəzarətinə son qoyaraq az səs fərqlə qələbə qazanıb.

1990-cı illərdə siyasi karyerasına İstanbul bələdiyyə başçısı kimi başlayan Ərdoğan üçün bu xüsusilə ağır itkidir.

Çərşənbə axşamı apellyasiya və səslərin yenidən hesablanmasından 16 gün sonra, AKP seçki pozuntuları olduğunu bildirirək, Ali Seçki Şurasından İstanbuldakı nəticələrin ləğv etməsini və seçkiləri yenidən keçirməsini istəyib. Milliyyətçi Hərəkat Partiyası (MHP) da çərşənbə günü oxşar tələblə çıxış edib.

AKP partiyası appelyasiya müraciətinə cavab verilməyənə qədər rəsmiləri Əkrəm İmamoğlunun vəzifəyə keçməsinin qarşısını almağa çağırıb.

Buna baxmayaraq, İmamoğlu çərşənbə günü bütün şəhər boyu səslərin hesablanması bitdikdən sonra, Ali Seçki Şurasından rəsmi bir mandat verilməsə də bələdiyyə başçısı olaraq vəzifəsini icrasına başlayacağını bildirib. Onun sözlərinə görə, AKP qərar qəbul etmək üçün rəsmilərə təzyiq göstərməyə çalışır.

Türkiyədə bələdiyyə seçkiləri martın 31-i keçirilib. Bu dəfə İstanbulda iki partiya arasında qarşıdurma xüsusilə ciddi şəkil alıb.

Səslərin 100 faizinin hesablanmasından sonra nəticələrə əsasən müxalifətin namizədi Əkrəm İmamoğlu səslərin 48,79 faizini, onun hakim partiyadan olan rəqibi isə 48,51 faiz səs toplayib. İki rəqib arasında fərq cəmi 1932 səs təşkil edir.

XS
SM
MD
LG