Accessibility links

Əkrəm İmamoğlu: Koronavirusun yayılmasını dayandırmaq üçün tələsmək lazımdır


Əkrəm İmamoğlu
Əkrəm İmamoğlu

Avropanın ən böyük şəhəri olan İstanbulun meri Əkrəm İmamoğlu cümə axşamı deyib ki, şəhər sərt karantin tədbirləri görmək və koronavirusa yoluxma hallarının artmasının qarşısını almaq üçün vaxtı azalır, çünki hələ də hər gün iki milyona yaxın insan küçələrə çıxır.

O bildirib ki, koronavirusa görə CHP bələdiyyəsi ilə prezident Tayyib Ərdoğanın hökuməti arasında canlanan gərginlik diqqəti xəstəliyə qarşı mübarizədən yayındırır.

Türkiyədə koronavirusa yoluxma hadisələrinin sayı üç həftədən az bir müddətdə 18.000-i keçib.

Mərkəzi hökumət insanları evdə qalmağa çağırıb və bir sıra məhdudiyyətlər tətbiq edib. Lakin bu məhdudiyyətlər iqtisadi təsiri yumşaltmaq məqsədilə ictimai həyatı tam qadağan etmir.

İmamoğlu koronavirusa yoluxma hadisələrin 60% -nin qeydə alındığı ölkənin ticarət mərkəzi olan İstanbul şəhəri üçün “evdə qal” çağırışını yenidən təkrarlayıb.

O, bələdiyyə iqamətgahındakı çıxışı zamanı söyləyib: "Türkiyəni 16 milyon insan üçün atılan addımlar, pandemiya ilə mübarizə yolları xilas edəcək."

XS
SM
MD
LG