Accessibility links

Əkrəm İmamoğlu: Nə qədər sayılırsa sayılsın, heç bir narahatlığımız yoxdur


Əkrəm İmamoğlu
Əkrəm İmamoğlu

Türkiyədə bələdiyyə seçkiləri beş gün öncə başa çatıb. Lakin ölkənin ən böyük şəhəri İstanbulda etibarsız bülletenlərlə bağlı etirazlar, şəhərin bəzi rayonlarında səslərin yenidən hesablanmasına dair tələblər hələ də davam edir.

Türkiyə Ali Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, İstanbul bələdiyyə seçkilərində AKP-nin namizədi Binali Yıldırımın önündə olan müxalif CHP partiyasının namizədi Əkrəm İmamoğlu məsələ ilə bağlı Amerikanın Səsinə müsahibə verib.

İmamoğlu etirazların seçkinin nəticələrini dəyişdirməyəcəyini iddia edib.

“Sistemin doğru irəliləmədiyinə dair narahatlığım var. Səsvərmənin nəticəsi ilə bağlı bir narahtlığım yoxdur. Ölkəm adına kədərlənirəm. Seçki 5 gün öncə bitib. Səslərin yenidən hesablanmasına dair qərarın alınması ilə proses hələ ən az iki gün davam edəcək. Ümid edirəm tez bir zamanda bitər. Ölkənin seçki sistemi ile bağlı narahatlıqlar artır. Ali Seçki Komissiyası cəld qərarlar verməlidir”, İmamoğlu deyib.

CHP ve İyi Partiyasının İstanbul namizədi İstanbuldakı etibarsız səslərin25 faizinin yenidən hesablanmasından sonra namizədlər arasındakı fərqin təxminən min səs bin azaldığını söyləyərək seçki nəticəsinin dəyişmək ehtimalının olmadığını düşündüyünü söyləyib.

31 mart axşamından başlayaraq aprelin 1-də səhər saatlarınadək 11 dəfə canlı yayım vasitəsilə mətbuat qarşısında açıqlama verən İmamoğlu, bunu etmədiyi təqdirdə fərqli bir mənzərə ilə qarşılaşa biləcəyini də deyib.

XS
SM
MD
LG