Accessibility links

Ələkbər Raufoğlu: Azad mətbuat ən böyük təhlükəsizlik sipəridir


Ələkbər Raufoğlu: Azad mətbuat ən böyük təhlükəsizlik sipəridir
please wait

No media source currently available

0:00 0:23:28 0:00

Mayın 3-ü Beynəlxalq Mətbuat Azadlığı Günüdür. Bu il mətbuat azadlığı günü yeni şəraitdə, dünyanın koronavirus pandemiyası ilə mübarizə etdiyi bir dövrdə qeyd edilir. Beynəlxalq təşkilatlar dünya ölkələrində medianın xüsusilə də pandemiyanın işıqlandırıldığı bir şəraitdə problemlərlə, bəzən məhdudiyyətlərlə qarşılaşdığını qeyd edir. Vaşinqtonda fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibəsində pandemiya dövründə media və Azərbaycanda medianın durumu haqda danışıb.

Ələkbər Raufoğlu pandemiya dövründə “beynəlxalq sərhədsiz mətbuat anlayışının” indi daha çox sınaqla üzləşdiyini deyib. Onun sözlərinə görə, pandemiya dövründə epidemiyanın yayılması ilə bağlı məlumatların çatdırılması işində “jurnalistlər ön cəbhədədir.”

“O mənada dünya indi jurnalistlərə qarşı olan təqiblərə daha həssas yanaşır, çünki bu qlobal bəla ilə üzləşdiyi bir dönəmdə insanların döğru məlumata çıxışı indi olmadığı qədər daha çox vacibdir”, o bildirib.

Ələkbər Raufoğlu azad mətbuatın düzgün informasiyanın yayılması və dezinformasiyanın qarşısının alınmasında rolunu xüsusi qeyd edib.

“Azad mətbuat pis və ya yaxşı ola bilər. Pis olması mümkündür. Amma azad olmayan mətbuat birmənalı şəkildə pis mətbuatdır”, o bildirib.

“Biz təhlükəsizliklə bağlı görmüşük Azərbaycandan tutmuş Amerikaya qədər müxtəfli ölkələrdə mətbuatın danışmaması üçün təhlükəsizlik faktorunu ortaya qoyurlar ki, `siz indi danışsanız biz düşmənlə üzləşirik` və s. Amma azad mətbuat əslində ən böyük sipərdir, ən birinci sipərdir və ən güclü sipərdir. Azad mətbuatınız varsa, siz təhlükəsizlik şəraitində yaşayırsınız, yoxdursa, o zaman vay halımıza” - jurnalist qeyd edib.

Ələkbər Raufoğlu media və hüquq müdafiəçilərinin post-pandemiya dövründə insan haqlarının qorunması və mətbuat azadlığının müdafiəsi məsələlərinin daha da vacib olacağını qeyd etdiklərini vurğulayıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG