Accessibility links

Ələsgər Məmmədli: Azərbaycanda demokratik cəmiyyətdə mövcud olan seçki mühiti yoxdur


Ələsgər Məmmədli: Azərbaycanda demokratik cəmiyyətdə mövcud olan seçki mühiti yoxdur
please wait

No media source currently available

0:00 0:13:16 0:00

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkilərindən öncə media və ifadə azadlıqlarının durumu və seçki monitorinqi haqda danışıb.

Ələsgər Məmmədli ciddi seçki təşviqatının aparıldığını müşahidə etmədiyini, ayrı-ayrı namizədlərin sosial şəbəkələrdə aktiv olmasına baxmayaraq, bir çox namizədin kampaniya zamanı ödənişsiz efir kimi imkanlardan istifadə edə bilmədiyini bildirib.

Ölkədə media sektoru bütünlüklə hökumətin kontrolundadır və istər maddi baxımdan hökumətdən asılıdır, istər də hətta son vaxtlar təsisçiləri gizli tutulsa belə, eyni zamanda sahibkarlıq baxımından da bütünlüklə hökumətə yaxın insanların kontrolundadır.

“Seçki mühitini əsas aktual edən şey mediadır. Azərbaycanda isə 40 televiziya və radio fəaliyyət göstərir rəsmi, dövlətin lisenziyalı, yerli, regional və mərkəzi səviyyəli olan televiziyalar, toplam sayı 24-dür, 16 da radio var və bu 40 televiziya radio kampaniyasının və ya efirinin sadəcə ictimai yayım ödənişsiz efir vaxtı ayırmışdı. O da bilirsiniz, Seçki Məcəlləsinin qeyri-demokratik olan bir maddəsi var ki, 60 və daha çox dairədə namizədi qeydə alınan partiyaya bu imkan verilir, halbuki bu, ədalətsiz bir metoddur, çünki Azərbaycanda seçki majoritardır və dediyim kimi, 1200-ə qədər müstəqil namizəd varkən onların belə bir şansı yoxdur onlar ödənişsiz efir vaxtından istifadə etsin. Amma 60 dairədə namizədi qeydə alınmış iqtidar partiyasının bu hüququ var.”

Nə komissiyaların dəyişməməsi, nə metodların dəyişməməsi, yenə də seçkini rəsmi olaraq komissiyalar aparsa da, faktiki olaraq icra strukturlarının aparması, bu onu göstərir ki, yekunlar o qədər də daha öncəki seçkilərdən fərqlənəcək yekunlar olmayacaq.

Ələsgər Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının parlament seçkiləri ilə bağlı yaydığı aralıq hesabatını obyektiv adlandırıb. O, Seçki Məcəlləsi, media və seçki mühiti ilə bağlı verilən təkliflərin nəzərə alınması istiqamətində dəyişikliklərin baş vermədiyini qeyd edib. “Ölkədə siyasi tərəflərin dialoqu uzun illərdir yoxdur, mövcud deyil. Ölkədə media sektoru bütünlüklə hökumətin kontrolundadır və istər maddi baxımdan hökumətdən asılıdır, istər də hətta son vaxtlar təsisçiləri gizli tutulsa belə, eyni zamanda sahibkarlıq baxımından da bütünlüklə hökumətə yaxın insanların kontrolundadır. Və əlbəttə belə bir mühitdə birdən-birə qapqara bir tablodan ağappaq bir lövhə gözləyə bilmərik. Əlbəttə, ilkin olaraq bir düşüncə yaranmışdı bəlli çevrələrdə ki, növbədənkənar parlament seçkilərinə start verilib və bunu bir dəyişim, bir "islahatla" da əlaqələndirirdilər. Amma dediyim kimi, nə komissiyaların dəyişməməsi, nə metodların dəyişməməsi, yenə də seçkini rəsmi olaraq komissiyalar aparsa da, faktiki olaraq icra strukturlarının aparması, bu onu göstərir ki, yekunlar o qədər də daha öncəki seçkilərdən fərqlənəcək yekunlar olmayacaq və ATƏT-in hesabatının rəngi də bundan öncəki hesabatlardan çox fərqlənməyəcək.”

Mən bu növbədənkənar parlament seçkilərinə start verilməni hansısa ciddi şəkildə həqiqətə dayanan bir islahat ideyasından qaynaqlandığını düşünmürəm.

Ələsgər Məmmədli növbədənkənar parlament seçkilərinin ölkədə hansısa dəyişikliklərə gətirib çıxara biləcəyini gözləmədiyini bildirib. “Parlament hətta 100 faiz demokratik bir seçki ilə formalaşsa belə ölkə siyasi gündəminə damğasını vuracaq dəyişikliyə aparıb çıxara bilməz. Halbuki bunun ən azı heç 10 faizi belə gözlənilmir və o zaman bu parlamentdən böyük bir gözləntidə olmaq sadəcə reallıq hissini itirmək olar. İkincisi, mən bu növbədənkənar parlament seçkilərinə start verilməni hansısa ciddi şəkildə həqiqətə dayanan bir islahat ideyasından qaynaqlandığını düşünmürəm. Və bu istiqamətdə hər hansı bir pozitiv bir gözləmim, müşahidəm yoxdur. Ona görə belə bir gözlənti yoxdur və mən düşünürəm ki, mövcud parlamentin indiki namizədlərin, xüsusən də fəaliyyətinə bilavasitə xitam verilən və “yararsız” bir parlament kimi qəbul olunan beşinci çağırış parlamentin həmən-həmən 60 faizinin təkrar namizəd olması, 60-dan da çox təkrar namizəd olması və qeydiyyatdan keçməsi hər hansı bir siyasi iradə olmadan mümkün olmazdı. Azərbaycanda biz bilirik ki, əgər birilərinin namizəd olmasını istəməsəydilər onlar təkrar namizəd olmazdı. Deməli, bu parlamentin mövcud tərkibi əvvəlki parlamentdən çox böyük fərqlənməyəcək. Biz geriyə baxanda, 2015, 2010, 2005-ci il parlamentlərinə də baxdığımızda orada təxminən 30 faiz 35 faiz dəyişim olub ümumi saylarda. Amma keyfiyyət baxımından bu dəyişiklik baş verməyib. İndi də fərd olaraq biz 30-35 faiz bəlkə dəyişik şəxslər görə bilərik. Amma keyfiyyət olaraq hər hansı bir dəyişimi mən gözləmirəm.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG