Accessibility links

Ələsgər Məmmədli: Azərbaycanda internet azad deyil


Ələsgər Məmmədli: Azərbaycanda internet azad deyil
please wait

No media source currently available

0:00 0:08:21 0:00

Ələsgər Məmmədli: Azərbaycanda internet azad deyil

Media məsələləri üzrə hüquqşünasın Amerikanın Səsinə müsahibəsi

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda internet azadlığı ilə bağlı durumundan danışıb.

Amerikanın Səsi: Freedom House Təşkilatı Azərbaycanı İnternet baxımından “qeyri-azad” ölkə hesab edir. Sizcə, bu, reallığı nə dərəcədə əks etdirir?

Hal hazırda məhkəmələrdə gedən bir çox işlər onu göstərir ki, Azərbaycanda internet sferasına müdaxilə var və internet azad deyil.

Ələsgər Məmmədli: Əslində mən deyərdim ki tam əks etdirir. Nədən tam əks etdirir? Çünki Azərbaycan illər öncəki hesabatlarda bu vəziyyətdə deyildi. 2017-ci ildə qeyri azad yox, qismən azad ölkələr kateqoriyasında idi. Hər halda daha pozitiv yer idi. Amma 2017-ci ildə Azərbaycanda qanunvericiliyə və internet infrastrukturuna olan müdaxilələr, o cümlədən məhkəmələrdə nazirliyə istədiyi resursu müxtəlif bəhanələrlə (qanunda olan səbəbləri bəhanə kimi daha rahat istifadə etmək imkanın verilməsi və məhkəmə qərarı olmadan) bloklama imkanı verilməsi, daha sonra da bunun həm məhkəmələr vasitəsilə, həm də məhkəmədənkənar geniş tətbiq olunması buna yol açdı. Hal hazırda məhkəmələrdə gedən bir çox işlər onu göstərir ki, Azərbaycanda internet sferasına müdaxilə var və internet azad deyil.

Amerikanın Səsi: Sizcə ölkədə internet azadlığı daha çox hansı formada məhdudlaşdırılır? Bu məhdudlaşdırmalar hansı problemlərə yol açır?

Sosial media aktivləri, xüsusən siyasi partiya və onların təssübkeşləri olan aktivistlər hansısa formada evindən çağrılır, götürülür inzibati həbslərə məhkum olunur.


Ələsgər Məmmədli: İki istiqamət var. Biri var texniki imkanlar və onun məhdudlaşdırılması, biri var məzmun və onun məhdudlaşdırılması. Bunun hər ikisində ciddi problem var. Ciddi ona görə deyirəm ki, texniki baxımdan internet Azərbaycanda monopoliyalaşıb, əsasən iki provayder təqdim eləyir Delta və Aztelekom. Provayderlərə gələndə Bakı şəhəri istisna olmaqla Azərbaycanın rayonlarında əsasən bir dövlət provayderi Azərtelekom çıxış eləyir. Bu onu göstərir ki, Azərbaycanın internet istifadəçiləri faktiki texniki baxımdan hökumətdən tam aslı durumdadır. Praktikada nə baş verir. İstər mobil operatorlar olsun, istər digər provayderlər olsun, bunlar istədikləri vaxtda heç bir hüquq çərçivəsinə, müqavilə öhdəliklərinə sığmayan formada texniki baxımdan da interneti dayandıra bilirlər. İnternetin sürət və keyfiyyət məsələsinə toxunmuram .Eyni zamanda da nazirlik bloklaya bilir. Bu texniki baxımdandır. Məzmuna gələndə məzmunla bağlı da qanunvericilikdə çox məhdudiyyət var. 2017-ci ildən sonra qanunvericiliyə bir müddəa gətirildi, Cinayət Məcəlləsinə 148-1-ci maddəsi, - bu internetdə, sosial mediada anonim hesablardan böhtan və təhqirə görə əlavə olundu. Ayrıca, Cinayət Məcəlləsinin normal 147 (Böhtan), 148-ci (Təhqir) maddələrində internet informasiya resursları əlavə olaraq, həm də internet üzərindən olan yayımlarda böhtan və təhqirin cinayət məsuliyyəti yaratrdığı göstərilirdi. Praktikaya gləndə bu da tətbiq olunur. Artıq bir neçə cinayət işi açılmış vəziyyətdədir. 2019-cu ilə gələndə, məzmuna müdaxilələr başqa bir formada da təzahür eləyir. Sosial media aktivləri, xüsusən siyasi partiya və onların təssübkeşləri olan aktivistlər hansısa formada evindən çağrılır, götürülür inzibati həbslərə məhkum olunur və məlum olur ki onlara orada siz yazdığınıza görə bundan imtina eləyin, facebook hesabına zorla girirlər, yaxud əllərindən alırlar. Onların mobil cihazlarında parolu qıraraq girirlər. Bu faktlar çox geniş yayılıb. Hal-hazırda, bu, faktlar üzrə inzibati həbsdə olan insanlar var. Bu onu göstərir ki, internet mühitində məhz azad olmayan ölkə kateqoriyasına düşmənin obyektiv səbəbləri bunlardır ki, bunlarla insanlar real praktikada qarşılaşır.

Amerikanın Səsi: İnsanların keyfiyyətli və sürətli internetə çatım imkanlıarını necə qiymətləndirirsiniz?

Keyfiyyətli və sürətli internet problemi yaşayırıq.


Ələsgər Məmmədli: Azərbaycan son iki ildə internetin sürətinə görə geriləyərək gedir. Artıq, səhv etmirəmsə, 148-ci yerdədir. Çox obyektiv bir nəticədir. Nədən obyektivdir? Azərbaycanda hətta Bakının bəzi yerləri istisna olmaqla, Bakıda və regionların hamısında demək olar ki, keyfiyyətli və sürətli internet problemi yaşayırıq. Əvvəla, bunun iki səbəbi var. Biri mobil internetin baxmayaraq ki, mobil provayderlərdə demək olar ki, bazarda hökmran mövqe tuturlar. Yəni bazar monopolistlər, üç şirkət arasında bölünübdür. Bunlar zəruri texniki infrastruktur və yatırım kapitalı qoymurlar. Beləliklə də keyfiyyətli interneti hər yerdə vermirlər. Söhbət mobil internetdən gedir. Qaldı ki, Aztelekom yaxud digər dövlət internet provoyderləri, bunlar, Azərbaycan Respublikasının ərazilərinin müxtəlif regiolarının heç birində yüksək keyfiyyətli teelfon üzərindən olmayan bir başa fiber-optiklə internet vermirlər. Yəni sürətli internet ancaq fiber-optik xəttlər üzərindən alına bilir. Amma bizimkilər daha çox köhnə telefon xətləri üzərindən 2-3 meqabit sürətlə internet təqdim eləyə bilirlər. Praktiki olaraq bəzən bu telefon xəttlərinin köhnəliyi, birləşmələrin çoxluğu səbəbindən gedərək itir.

Amerikanın Səsi: İnternetin tam azad olması üçün nələr edilməlidir?

Nazirlik lisenziya verdiyi bazarın oyunçusudur.


Ələsgər Məmmədli: İnternetin tam azad olunması üçün dövlət ilk növbədə pozitiv öhdəlikləri yerinə yetirməlidir. Müdaxilə etməmək, bazarda oyunçu olmamaq, bazarı doğru tənzimləmə, lisenziya məsələsini həll etməlidir. Hal-hazırda, düşünün, Azərbaycanda ən böyük mobil operator Azercelldir.Onu da dövlətləşdirdilər. Dünyanın hər yerində özəl şirkətlər olur. Bir tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özü lisenziya verir. Bir tərəfdən də özü lisenziya verdiyi bazarın oyunçusudur. Eyni zamanda Bakinternet, Aztelekom. Bu baxımdan dövlət, bu, sektorda tənzimləmə səlahiyyətini saxlayıb, bazarda oyunçu olmaqdan çıxmalıdır. Rəqabətə buraxmalıdır. Rəqabət olan yerdə inkişaf olacaq. Lisenziya şərtlərində infrastruktur şərtləri də qoyulmalıdır ki, surətlə bu olsun. Azərbaycanda telekommunikasiya infrastrukturunun istifadəsi çox yüksək qiymətdə müəyyən olunur və özəl provayderlər regiona gedə bilmir. Çünki o çox bahalıdır. Orada istehlakçıdan alacağı pulla o xidmət təqdim oluna bilməz. Bundan imtina olunmalıdır. Bu başqa bir formaya keçməlidir, daha ədalətli bir sistem olmalıdır. Ən önəmlisi qanunvericilik liberallaşmalıdır. Çünki qanunvericiliyə gətirilən informasiyanın mühafizəsi və onunla bağlı olan normalar, istərsə də Cinayət Məcəlləsinə gətirilən normalar hansı ki, bunlar birmənalı olaraq məhdudlaşdırıcı normalardır və qeyri-demokratik, qeyri-legitm normalardır. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə baxsaq bu normaların hər biri birmənalı olaraq 10-cu maddədə (ifadə azadlığı) ilişib qalacaq. Çünki ifadə azadlığını balansız şəkildə məhdudlaşdırır və məhkəmə qərarı olmadan inzibati struktur özü qərar verir ki, guya nəsə təhqirdir ya da nəsə sirrdir. Bu şəxs onu yayıb. Heç bir mühakimə aparılmadan, heç bir sübut təqdim olunmadan. Bu prosedurlardan imtina olunarsa Azərbaycanın əlbəttə ki, potensialı var k,i azad ölkə səviyyəsində olsun.

Qeyd: Rəsmi Bakı ölkədə internet azadlığının tam təmin edildiyini bəyan edir, tənqidləri qəbul etmir və qərəzli sayır.

XS
SM
MD
LG