Accessibility links

Kəşmirdə Əl-Qaidə ilə əlaqəli militant komandir öldürülüb


Rəsmilərin cümə günü verdiyi məlumata əsasən, Hindistanın nəzarətində olan Kəşmirdə hökümət qüvvələri münaqişəli ərazilərdə əl-Qaidə ilə əlaqəli olan yüksək rütbəli militant komandiri öldürüb.

Hindistan hərbi zabiti Rajeş Kalianın verdiyi məlumata əsasən, Zakir Musa cümə axşamı axşam saatlarında polis və hərbçilərin cənubi Tral ərazisində keçirdiyi əks-hücum nəticəsində baş vermiş atışmada ölüb.

2017-ci ilin ortalarında Musa Əl-Qaida ilə bağlı Ənsər Qazavat-ul-Hind hərəkatına lider qismində qoşulub.

Polisin dediyinə görə, Musa təslim olmaqdan imtina edib və onlar Zakirin sığındığı mülki evi hədəfə aldıqdan sonra əl qumbaraları atıb.

Onun öldürülməsi bir çox yerlərdə Hindistana qarşı etirazlara səbəb olub. Xəsarət alanlar barədə məlumat yoxdur.

Rəsmilər Hindistan əleyhinə vüsət alan aksiyaların qarşısını almaq üçün internetə çıxışı bəzi yerlərdə kəsiblər.

Zakir Musanın dəfni Hindistan Kəşmirində hökumət əleyhinə etiraz aksiyaları ilə müşayiət olunub. Dadsər kəndi, Tral vilayəti. 24 may, 2019.
Zakir Musanın dəfni Hindistan Kəşmirində hökumət əleyhinə etiraz aksiyaları ilə müşayiət olunub. Dadsər kəndi, Tral vilayəti. 24 may, 2019.

Hüquq-mühafizə orqanları habelə Kəşmir Vadisində, o cümlədən bölgənin inzibati mərkəzi olan Srinaqar şəhərində qadağan saatı tətbiq ediblər.

Qarşıdan yeni etiraz dalğasının gözləndiyi bir məqamda məktəblər və universitetlər bağlı qalır.

2017-ci ilin ortalarında Musa Əl-Qaida ilə bağlı Ənsər Qəzavat-ul-Hind hərəkatına lider qismində qoşulub. Bunu etməklə o, Kəşmirin ən böyük üsyançı təşkilatı olan Hizbul Mücahiddini tərk etmişdi.

XS
SM
MD
LG