Accessibility links

Əl-Qaidanın Cənubi Asiya lideri reyddə öldürülüb


KABİL – Əl Qaidanın Cənubi Asiya üzrə rəhbəri Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb. Bu barədə Əfqanıstan kəşfiyyat agentliyi olan Milli Təhlükəsizlik Direktoriyası məlumat yayıb.

Açıqlamada deyilir ki, ötən ay keçirilən birgə əməliyyat (NATO qüvvələrinin də qatıldığı əməiyyat üçün istifadə olunan termin) nəticəsində Asim Ömər Helmənd vilayətinin Musa Qala rayonunda öldürülüb.

Reydin 23 sentyabrda keçirildiyi güman edilir.

Əsir götürülən şəxslər aqrasında bəzi Pakistan vətəndaşları da olub.

1974-76-cı illər arasında doğulduğu güman edilən Ömər əslən Hindistanın Uttar Pradeş regionundandır.

2016-cı ildə ABŞ Maliyyə Nazirliyi onu terror siyahısına əlavə edib.

23 sentyabrda təşkil olunan reydin ardınca mülki vətəndaşlar arasında çox sayda itkilərin baş verdiyinə dair məlumatlar dolaşmağa başladı.

F-16 Fighting Falcon təyyarəsi missiya üçün Baqram Hava Bazasından səmaya qalxır. 22 avqust, 2017.
F-16 Fighting Falcon təyyarəsi missiya üçün Baqram Hava Bazasından səmaya qalxır. 22 avqust, 2017.

Helmənd vilayət rəsmisi hava zərbəsi nəticəsində qadın və uşaqlar daxil olmaqla toya gəlmiş 40-a yaxın adamın həlak olduğunu bildirmişdi.

Hacı Əbdül Məcid Axund Amerikanın Səsinə demişdi ki, hücumun baş verdiyi məkanda toy keçiriləcəyinə dair vilayət rəsmilərinə qabaqcadan məlumat verilmişdi.

Həmin vaxt Washington Post qəzetinə danışan ABŞ rəsmisi Musa Qala rayonunda həyata keçirilən əməliyyatın Əl Qaidanı hədəf aldığını bildirmişdi.

XS
SM
MD
LG