Accessibility links

Əl Sissi and içərək ikinci dəfə prezidentlik vəzifəsinin icrasına başlayıb


Misir prezidenti Abdel Fəttah Əl-Sissi şənbə günü parlament önündə and içərək ikinci müddət prezidentlik vəzifəsinin icrasına başlayıb. O qanunvericilərə deyib ki, özünü həm onu dəstəkləyən həm də dəstəkləməyən bütün misirlilərin prezidenti hesab edir.

Misir parlamentinin spikeri Əli Abdel Aal prezident Sissini qanunvericilərə təqdim edib və onun apreldə seçki komissiyasının keçirdiyi seçkidə rəsmi olaraq qalib gəldiyinin elan olduğunu deyib.

Sissi son anda namizədliyi irəli sürülən tanınmayan memara qarşı yarışdığı seçkidə səslərin 90 faizini qazanıb. Bir neçə tanınmış namizəd isə ya namizdələiklərini geri çəkib ya da namizədlikləri yararsız elan edilib.

Sissi and içərək, Tanrı qarşısında ölkənin respublikaçı sistemini qoruyub saxlayacağına, konstitusiyaya hörmət edəcəyinə və dövlət ilə xalqın müstəqillik və birliyini qoruyacağına söz verib.

And içmə mərasimindən sonra parlament qarşısında qısa çıxış edən Sissi qanunvericilərə deyib ki, misirlilər arasında 2011-ci il inqilabından bəri davam edən mübahisələr və çəkişmələrə baxmayaraq, onun məqsədi hamını birləşdirmək olub.

O, özünü həm onunla razılaşan, həm də razılaşmayanların prezidenti hesap etdiyini deyib və hər kəsi səmimi səylər və cəsarət göstərməyə çağırıb.

Sissi 2011-ci ildən bəri Misirdə aparılan mübarizədə ölkəni məhv edən insan və qüvvələrə od püskürüb.

O, demokratiya və azadlığa əsaslanan müasir bir dövlətdə insanların arzularını həyata keçirə biləcəkləri bir gələcək üçün yol hazırlamak niyyətində olduğunu deyib.

O, misirlilərin “qəddar terrora qarşı mübarizə aparıb, ona qalib gəldiklərini” deyib.

XS
SM
MD
LG