Accessibility links

Əlcəzair və Argentina 'malyariyadan azad' ölkələr elan edildi


Dünya Səhiyyə Təşkilatı ötən üç il müddətində bu ölümcül xəstəlik qeydə alınmadığı üçün Əlcəzair və Argentinanı malyariyadan azad ölkələr elan edib.

1880-ci illərdə Əlcəzairdə əsasən beş yaşdan aşağı uşaqlar olmaqla, hər il 400 mindən çox insanın həyatına son qoyan malyariyanın bu Şimali Afrikia ölkəsində aradan qaldırılması böyük nailiyyətdir.

Bu, malyariyaya qalib gəlmək deməkdir. Lakin səylər davam etdirilməlidir.

Malyariya parazitləri insanın qanına düşdükdə dövr edərək qaraciyərə düşürlər, onun hüceyrələrinə nüfuz edirlər, orada böyüyərək çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olurlar. Bu proses bir həftədən bir neçə aya kimi çəkə bilər.

Dünya Səhiyyə Təşkilatı Əlcəzairin hazırda Mavritaniyadan sonra malyariyadan azad ikinci Afrika ölkəsim olduğunu qeyd edib.

Mavritaniyada bu xəstəlik 1973-cü ildən bəri qeydə alınmayıb.

Argentina isə Cənubi Amerikada Paraqvaydan sonra malyariya qeydə alınmayan ikinci ölkədir.

Dünya Səhiyyə Təşkilatının sözçüsü Fadela Çaib Amerikanın Səsinə bir çox amillərin bu xəstəliyin qarşısının alınmasını mümkün etdiyini deyib.

"Bu, həm Əlcəzair və Argentina üçün, hər iki qitə üçün çox yaxşı xəbərdir. Bu, malyariyaya qalib gəlmək deməkdir. Lakin səylər davam etdirilməlidir. Malyariyanın olub-olmadığını aşkar etmək üçün nəzarət gücləndirilməlidir, belə ki, bu xəstəlik hələ də mövcuddur. "

Ağcaqanadlar malyariyanın əsas daşıyıcıları sayılır.
Ağcaqanadlar malyariyanın əsas daşıyıcıları sayılır.

Dünya Səhiyyə Təşkilatı ağcaqanada qarşı tədbirlər də daxil edilməklə, hər iki ölkədə bu xəstəliyə qarşı bir çox ölçülərin həyata keçirildiyini bildirib. Hhər iki ölkədə xəstəliyə nəzarət gücləndirilib, parazitə yoluxan hər kəs tez bir zamanda pulsuz müayinə və müalicə edilib.

Argentinaya gəldikdı isə təşkilat malyariya xəstəliyi ilə mübarizədə bu ölkənin bu xəstəliyin mövcud olduiğu qonşu Boliviya ilə əməkdaşlığının böyük rol oynadığını, hər iki ölkənin sərhəd bölgələrdəki 22 min evi dərmanladıqları və müayinələr apardıqlarını bildirib.

Səhiyyə işçilərinin yüksək səviyyəli qlobal koordinasiyası nailiyyətin əldə edilməsində önəmli rol oynayıb.

Təşkilat Əlcəzair və Argentinanın malyariyaya qarşı mübarizə səyləri və əldə etdikləri nailiyyətlərin digər ölkələrə də nümunə olmalı olduğunu deyib.

Həm Əlcəzair, həm də Argentina peyvənddən istifadə etmədən ölümcül malyariyanın qarşısını almağa nail olublar.

Səhiyyə rəsmilıəri ümid edirlər ki, bu yaxınlarda anti-malyariya vaksinlərinin meydana gəlməsi ilə Qana və Malavidə bu vəzifənin öhdəsindən gəlmək daha asan ola bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG