Accessibility links

Baş Nazir 2019-da işsizliyin 4.8 faiz olduğunu deyir, müstəqil iqtisadçılar rəsmi statistikanı sual edir


Azərbaycan Baş Naziri Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi video hesabatda müşahidəçilər tərəfindən skeptisizmlə qarşılanan rəqəmlər səsləndirib.

Əsədov bildirib ki, işsizliyin səviyyəsi 4.8 faiz olub. O, həmçinin 2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsinin 2.6 faiz təşkil etdiyini deyib.

Müstəqil iqtisadçılar baş nazirin ictimaiyyətə təqdim etdiyi rəqəmləri sual altına alır.

Azərbaycanda işsizliyin həcmi rəsmi statistik göstəricilərdən ən azı iki dəfədən çoxdur. Bu, indiki durumda da daha aydın görünür.

Bu fikiri iqtisaçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə baş nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi video hesabatını şərh edərkən deyib.

Natiq Cəfərli
Natiq Cəfərli

"Statistik göstəricilərin siyasiləşməsi və hökümətin apardığı siyasətə uyğun olaraq rəsmən elan edilməsi çoxdan məlum olan məsələdir. Uzun zamandı bunun fəsadlarını görmüşük və indi də bunun fəsadlarını yaşayırıq. İşsizliklə bağlı rəqəmlər həmişə rellıqdan çox aşağı göstərilib. Amma indi məsələn, bugünkü gün hökümətin açıqladığı proqramda çox maraqli bir detal var. Mart ayının birinə işsizlərin rəsmi sayı 90 mindən bir az yuxarı olub. Amma açıqlanan müavinət proqramında 200 min işsizə iki ay müddətinə müavinət nəzərdə tutulub. Belə çıxır ki, hökümət rəsmi rəqəmlərldə göstərilənlərlə real işsizlərin sayı arasındankı fərqi bilir. Ona görə öncədən belə bir addım atıb."

Amma Azərbaycanda dövlət şirkətlərinin götürdüyü borclar da var ki, bunlar qeydə alınmır.

İqtisadçı ekspert xarici borcla bağlı baş nazirin dediklərinə münasibət bildirib.

"Xarici borcla bağlı vəziyyət ondan ibarətdir ki, Azərbaycanda xarici borc ancaq götürülüb və xərclənən borc hesab olunur. Dövlət bunu rəsmi şəkildə qeydiyyata alır. Amma Azərbaycanda dövlət şirkətlərinin götürdüyü borclar da var ki, bunlar qeydə alınmır. Halbuki elə olmalı deyil. Çünki dövlət şirkətlərinin aldığı borcların tamamı Azərbaycan dövlətinin zəmanəti ilə alınıb. Elə bu anlamda dövlətin xarici borcu qədər tək SOCAR-ın xarici borcu var. Digər şirkətlərin AZAL-ın , Azərenerjinin və digər iri şirkətlərin xarici borcu var ki, onlar da əslində dövlətin xarici borcu kimi qeyd olunmalıdır."

İnflyasiya rəqəmlərinə toxunan Natiq Cəfərli burada da problemlərin olduğunu deyib.

"İnflyasiya ilə bağlı dedikləri rəqəmlər də rəsmi göstəriciləri əhatə edir. Bizdə inflyasiya ilıə bağlı rəsmi hesablama qaydalarında da problemlər var. Həm də onun açıqlanmasında problem var. Rəsmi inflyasiya rəqəmi ilə reallıq arasında azı iki dəfədən çox fərq olur. Ona görə də rəsmi hesablama qaydalarını nəzərə alsaq hökümətin rəsmi inflyasiya rəqəmlərini ən azı ikiyə vurmaq lazımdır," o qeyd edib.

*****

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatnın rəhbəri , iqtisadçı ekspert Qubad İbadoğlu baş nazirin açıqlamasını şərh edərək deyib hazırda işsizlik 30 faizdən yuxarıdır.

"Azərbaycan manatının sabitliyini saxlamaq əvvəlki qədər asan olmayacaq"
"Azərbaycan manatının sabitliyini saxlamaq əvvəlki qədər asan olmayacaq"

"Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2020-ci il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5188,4 min nəfər olmuş, onlardan 4936,8 min nəfərini məşğul əhali təşkil etmişdir. Cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1641,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,9 min nəfər, qeyri-dövlət sektorunda isə 729,1 min nəfər təşkil etmişdir.

Görünür ki, Əli Əsədov mövcud gerçəkliyi təhrif edən rəsmi işsizlikdən danışır .


5188,4 min nəfər iqtisadi fəal əhalinin yalnız 1641 min nəfər muzdla işləyənlərdir. Nəzərə alsaq ki, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.3. maddəsinə görə məşğul şəxslərə aiddir və onların da sayı 1750 min nəfərdir, onda belə çıxır ki, yerdə qalan 1797,4 min nəfər əhali ya işsiz, ya da gizli məşğuldur. Hazırda gizli məşğul olanların da işsiz qaldığını nəzərə alsaq və onları da iş axtaranların siyahısına daxil etsək onda Azərbaycanda faktiki işsizlik səviyyəsi birdəfəlik ödəmə üçün nəzərdə tutulan işsizlərin sayından dəfələrlə çoxdur.

Mənim hesablamalarım göstərir ki, hazırda işsizlik 30 faizdən yuxarıdır.

Görünür ki, Əli Əsədov mövcud gerçəkliyi təhrif edən rəsmi işsizlikdən danışır .Çünki, 1 mart 2020-ci il vəziyyətinə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı ölkə üzrə cəmi 90 779 nəfər olmuşdur ki, onlarda da 501 nəfərinə işsizlikdən sığorta ödənişi verilir."

Əli Əsədov
Əli Əsədov

"Dövlət büdcəsinin gəlirləri 24.2 milyard manat, xərcləri isə 24.4 milyard manat təşkil edib. 2019-cu ildə ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb. Xarici borc 9 milyard 91 milyon manat olub. Hesabat ilində xarici ticarət dövriyyəsi 33.1 milyard dollar olub, müsbət saldo 5.8 milyard dollara çatıb," Əsədov hesabatda bildirib.

O qeyd edib ki, məqsəd 2020-ci ildə də qiymət artımını ötən ilki səviyyədə saxlamaqdır.

Baş Nazir deyib ki, Azərbaycan prezidentinin "apardığı struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə də stimul verməkdədir".

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG