Accessibility links

Əli İnsanov Haqq Ədalət Partiyası yaradır


Haqq Ədalət Partiyasının təşkilat komitəsinin üzvləri
Haqq Ədalət Partiyasının təşkilat komitəsinin üzvləri

Noyabrın 24-də keçmiş səhiyyə naziri Əli İnsanov yeni siyasi partiya - Haqq Ədalət Partiyasının yaradılacağını elan edib.

Bu gün siyasi partiyanın təkilat komitəsinin ilk iclası keçirilib.

“Biz təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul etdik. Səsvermə yolu ilə yekdilliklə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçildilər,” İnsanov facebook səhifəsində qeyd edib.

Təşkilat Komitəsinə keçmiş səfir, Yeni Azərbaycan Partiyasının sabiq fəalları, sabiq məhkəmə sədri, keçmiş polis zabiti, Qarabağ müharibəsi iştirakçısı, hüquqşünaslar, ictimai fəallar, jurnalistər daxildir.

Əli İnsanov 1946-cı il martın 22-də anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1985-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Tibb Universitetində müəllim, kafedra müdiri işləyib. 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 1993-cü ildə Azərbaycanın səhiyyə naziri vəzifəsinə təyin edilib.

Əli İnsanov səhiyyə naziri olarkən, 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Əli İnsanov ittihamları qəbul etməyib, hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyib.

O, 17 mart 2019-cu ildə prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG