Accessibility links

Əli İnsanov klanlararası balansı necə dəyişə bilər?


Əli İnsanov

Keçmiş səhiyyə naziri Əli İnsanov hələ həbsxananın qapısından uzaqlaşmamış elan etdi ki, siyasətdə iştirak edəcək.

Ermənistan doğumlu Əli İnsanov həbsdən əvvəl də, bu bölgədən olanların arasında nüfuzu ilə tanınırdı.

Keçmiş diplomat Arif Məmmədov deyir ki, bu nüfuz hələ də var və Əli İnsanovun azadlığa indi çıxması təsadüfi deyil, o, hakimiyyətdə zəifləməkdə olan və Ermənistandan qaçqın gəlmiş adamların liderinə çevrilə bilər:

Siyasi məhbuslar azadlığa çıxdı. Amma...
please wait

No media source currently available

0:00 0:11:07 0:00

“Əli İnsanovun azadlığa çıxması, düşünülmüş bir plan idi. Bu ssenarinin müəllifi qərbi azərbaycanlılar qruplaşmasıdır. Ola bilsin ki, İlham Əliyevi necə deyərlər azdırıblar, deyiblər ki, yaşlı adamdır, buraxaq onu. Amma hesab edirəm ki, İlham Əliyev üçün Əli İnsanov çox ciddi bir təhlükə faktorudur. Siz bilirsiz ki, qərbi azərbaycanlılar, naxçıvanlılar klanı kifayət qədər sıxışdırılır və Bakı- Şirvan, başqa sözlə Paşayevlər qruplaşması iqtisadi cəhətdən kifayət qədər nüfuz qazanıb”.

Arif Məmmədov keçmiş prezident Heydər Əliyev dövrünü xatırlayır, deyir ki, Əli İnsanov Yeni Azərbaycan Partiyasının qurucularından olub, Heydər Əliyevə ən yaxın adamlardan biri kimi tanınırdı.

Onun sözlərinə görə, Əli İnsanov qərbi azərbaycanlılar arasında elə nüfuzlu idi ki, bir çox siyasətçilər onu, hətta o özü də özünü Heydər Əliyevdən sonrakı prezident kimi təsəvvür edirdi.

Azərbaycan bu gün uçurumun dibindədir. Onu bu uçurumdan xilas edə biləcək istənilən qüvvəyə dəstək verməyə hazıram. Ancaq hər şey Allahın əlindədir, məlum deyil, mənmi qoşulacam, yoxsa onlarmı mənə qoşulacaq.
Əli İnsanov

Amma gözləntilər doğrulmadı və hakimiyyətə Heydər Əliyevin o qədər də üzdə olmayan oğlu İlham Əliyev gəldi.

Elə 14 il əvvəl həbs olunanda da, Əli İnsanovun rəsmi ittihamı hakimiyyəti zorla ələ keçirmək idi. 72 yaşlı keçmiş nazir həbsxanadan çıxar çıxmaz siyasətlə məşğul olacağı barədə bəyanat verdi:

“Azərbaycan bu gün uçurumun dibindədir. Onu bu uçurumdan xilas edə biləcək istənilən qüvvəyə dəstək verməyə hazıram. Ancaq hər şey Allahın əlindədir, məlum deyil, mənmi qoşulacam, yoxsa onlarmı mənə qoşulacaq”.

Bir çox bakılılar Əli İnsanovun həbs olunduğu vaxtları xatırlayırlar. Bəs görəsən onlar Əli İnsanov haqqında indi nə düşünürlər:

Bəs Əli İnsanovun hazırkı dayaqları nə qədər güclüdür? Kimlər onun tərəfinə keçə bilər?

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov əfv sərəncamından üç gün sonra, Facebook-da “Prezidentin humanistliyi və Əli İnsanova verilən şans” adlı məqalə paylaşdı və keçmiş nazirin Ermənistan qaçqınları arasında nüfuzlu olması barədə deyilənləri təkzib etdi:

“Açığı, sözügedən çoxsaylı toplum heç zaman onu özünə ağsaqqal seçməyib. Zamanında qərbi azərbaycanlıların lideri Heydər Əliyev idi, indi isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan xalqının lideri sözügedən toplumun da şəksiz lideridir. Qərbi Azərbaycan əsilli insanlar Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər, onu qətiyyətlə müdafiə edirlər, yolunda və uğrunda hər cür fədakarlıq göstərməyə hazırdırlar. Bir də ki, o insanlar mövqeyini, dövlətə və dövlətçiliyə bağlılığını heç zaman dəyişmirlər və dəyişmək fikrində deyillər. Xırda hisslər, cılız ambisiyaçılıq onlara xas deyil və heç zaman xas olmayıb”.

Amma siyasi şərhçi Rauf Mirqədirov da hesab edir ki, hazırda hakimiyyətdən xeyli narazı Ermənistan qaçqını azərbaycanlılar var və onların hamısı Əli İnsanov üçün potensial resursdur. Rauf Mirqədirov deyir ki, belələrinin sayı artır:

Əli İnsanovun azadlığa çıxması, düşünülmüş bir plan idi. Bu ssenarinin müəllifi qərbi azərbaycanlılar qruplaşmasıdır. Ola bilsin ki, İlham Əliyevi necə deyərlər azdırıblar, deyiblər ki, yaşlı adamdır, buraxaq onu. Amma hesab edirəm ki, İlham Əliyev üçün Əli İnsanov çox ciddi bir təhlükə faktorudur.
Arif Məmmədov

“Hesablayın görün hansı nazir hansı regionda vəzifəsindən çıxarılıb, işini itirib, bəzilərinin mülkiyyətinin bir hissəsini alıblar. Özü də təkcə söhbət onlardan getmir, hər bir oliqarxın ətrafında minlərlə, onların 'çörəyini yeyən' insanlar var. Bu insanlar da öz gəlirlərini itiriblər. Onların mallarını mülklərini əllərindən alıblar. Onların bəzilərini yaxın vaxtlarda ola bilsin ki, həbslər gözləsin”.

Rauf Mirqədirov deyir ki, yeni həbslər ona görə baş verə bilər ki, ölkədə iqtisadi durum pisləşdikcə hakimiyyət günahkarlar axtara və öz adamlarını hədəfə ala bilər.

Azərbaycanda klanlararası qarşıdurmanın olduğunu 2010-cu ildə Wikileaks də yazırdı.

Həmin vaxt ABŞ səfirliyinin hazırladığı diplomatik teleqramın mətni açıqlanmışdı və burda deyilirdi ki, 2005-ci ildən bəri əslən Ermənistandan olanların mövqeyi zəifləyir, Mehriban Əliyevanın Paşayevlər ailəsi iqtisadi fəalliyyətdə təşəbbüsü ələ alır.

Amma Azərbaycan rəsmiləri ictimai çıxışlarında bu cür qruplaşmalarla bağlı iddiaları bir qayda olaraq rədd edir, heç bir qruplaşma olmadığını deyirlər.

AzadlıqRadiosu

XS
SM
MD
LG