Accessibility links

Əli İnsanovun köməkçisinə 30 sutkalıq həbs cəzası verilib


Rəşad Abbaslı
Rəşad Abbaslı

Haqq və Ədalət Partiyası (HƏP) sədrinin köməkçisi Rəşad Abbaslı polisə tabe olmamaq ittihamı ilə 30 sutka müddətinə həbs edilib.

Bu barədə Amerikanın Səsinə partiyanın İdarə Heyətinin üzvü Babək Adıgözəlov bildirib.

Onun sözlərinə görə qərarı bu gün Bakının Binəqədi Rayon Məhkəməsi qəbul edib.

Babək Adıgözəlov deyir ki, partiya fəallarından ibarət qrup Rəşad Abbaslıya dəstək üçün məhkəməyə gəlib. Onlar fəalı alqışlarla qarşılayıblar. Rəşad Abbaslı ruh yüksəkliyini saxlayır.

Babək Adıgözəlov Rəşad Abbaslının həbsini partiyanın fəaliyyəti ilə əlaqələndirib.

Rəsmi qurumlar Rəşad Abbaslının saxlanılması və ya taleyi ilə bağlı hələ məlumat yaymayıb.

Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə insanların siyasi iradəsinə görə təqib olunmadığını, vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirir.

Haqq Ədalət Partiyasının sədri keçmiş səhiyyə naziri Əli İnsanovdur.

XS
SM
MD
LG