Accessibility links

Əli Kərimlinin Daxili İşlər Nazirliyinə qarşı iddiası üzrə məhkəmə təxirə salınıb


Əli Kərimlinin Daxili İşlər Nazirliyinə qarşı iddiası üzrə məhkəmə qeyri müəyyən vaxta qədər təxirə salınıb
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Daxili İşlər Nazirliyinə qarşı iddiası üzrə Bakı İnzibati Məhkəməsində bu günə təyin olunan məhkəmə baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Məhkəminin təxirə salınmasına iddiaçı tərəfin vəkilinin etibarnaməsinin notariat təsdiqinin olmaması səbəb olub.

İddiaçı tərəfin vəkili Fəxrəddin Mehdiyev bunu Amerikanın Səsinə təsdiq edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin nümayəndəsi Əlirza Əbilov bildirib ki, məhkəmənin vaxtı ilə bağlı növbəti bildiriş göndəriləcək.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ona son 14 ildə xarici pasport verməkdən imtina etdiyinə görə Daxili İşlər Nazirliyini məhkəməyə verib.

2006-cı ildən Əli Kərimliyə pasport vermirlər və bildirirlər ki, 1994-cü ildə ona qarşı cinayət işi açılıb və indiyədək bağlanmayıb. Halbuki, bundan sonra iki dəfə parlamentin deputatı seçilib, dəfələrlə xarici pasport alıb, o cümlədən 2 dəfə diplomatik pasport alıb.

2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Əli Kərimliyə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) pozulduğunu tanıyıb, hökumət isə Strasburq Məhkəməsinin Böyük Palatasına apellyasiya verməyib.

XS
SM
MD
LG