Accessibility links

Əli Kərimlinin mühafizəçisi 13 il azadlıqdan məhrum edilib


Niyaməddin Əhmədov və Əli Kərimli aksiya zamanı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov 13 il azadlıqdan məhrum edilib.

Bu barədə oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyavuş Hacıyevin sədrliyi ilə hökm çıxarılıb.

Amerikanın Səsinin hadisə yerindən olan müxbirinin verdiyi məlumata görə, Niyaməddin Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.

Niyaməddin Əhmədov özü məhkəmədə iştirak etməyib. O, video-konfrans vasitəsilə prosesə qoşularaq son sözündə günahsız olduğunu bildirib.

Prosesi izləmək istəyənlər isə məhkəmə zalına buraxılmayıb. Prosesə yalnız atası buraxılıb.

AXCP sədri Əli Kərimli də məhkəmə prosesini zaldan kənarda izləyib.

"Hakimiyyət bu cür repressiyalarla cəmiyyətin diqqətini öz cinayətlərindən yayındırmaq istəyir. Hakim ailənin xarici ölkədə qanunsuz olaraq satın aldığı 700 milyon dollar məbləğində mülkiyyət barədə məlumatlar buna son sübutdur", - Kərimli deyib.

Niyaməddin Əhmədovun məhkəmə prosesində
Niyaməddin Əhmədovun məhkəmə prosesində

Polis hələ hökm çıxarılmazdan əvvəl altı fəalı saxlayıb. Onları şəhər kənarına aparıblar. Qalanları məhkəmə binasından uzaqlaşdırılıb.

Niyaməddin Əhmədovun məhkəmə prosesində
Niyaməddin Əhmədovun məhkəmə prosesində

Xatırlatma

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu söylənən Niyaməddin Əhmədov ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış Qabil Məmmədovla əlaqədə ittiham olunur. Həm AXCP, həm də Məmmədov ittihamı rədd ediblər. Prokuror bundan əvvəlki məhkəmə iclasında ona 15 il həbs cəzası verilməsini istəyib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG