Accessibility links

Əlil arabasında rəqs


Əlil arabasında rəqs
please wait
Embed

No media source currently available

0:00 0:02:04 0:00

Əlil arabasında idman rəqsi artıq xeyli ölkədə populyarlıq qazanıb və bu sahədə kifayət qədər müsbət nəticələr var. Hətta əlil arabasında idman rəqsi üzrə Avropa və dünya çempionatları keçirilir və onlarla ölkə belə tədbirlərdə təmsil olunur. 2012-ci ildən əlil arabasında rəqslə məşğul olan Vüsalə Kərimova deyir ki, ilk dəfə bu idman növü ilə tanış olanda çox təəccüblənmişdi. Minskə səfəri zamanı orada əlil arabasında rəqs edən idmançıları görür və niyə də Azərbaycanda bu idman növü olmasın deyə bu rəqslə məşğul olmağa başlayır. Vüsalə Kərimova tərəf müqabili Fərid Mehdiyevlə birlikdə bir çox beynəlxalq yarışların, festivalların iştirakçısı olub. 2013-cü ildə Sankt Peterburqda keçirilən qitələr kubokunun birincisi olublar və bu kuboku Azərbaycana gətirməyi bacarıblar. Fərid Mehdiyev deyir ki, 10 illik professional rəqs karyerasını bitirdikdən sonra ona əlil arabasında rəqs etmək təklifi alır. Vüsalə ilə tərəf müqabili olmağa razılıq verir. O, bu idman növünün çətinliklərindən söz açıb.

XS
SM
MD
LG