Accessibility links

Əlillik meyarlarının dəyişdirilməsi prosesini sürətləndirmək təklif olunur


Əlillilərin məşğulluğu ilə bağlı araşdırma
Əlillilərin məşğulluğu ilə bağlı araşdırma

Demokratik Təşəbbüslər İnstitutu (DTİ) Azərbaycanda əlillliyi olan şəxslərin məşğulluğu ilə bağlı qanunvericiliyin analizi və praktik vəziyyətə dair araşdırma dərc edib.

"Əlillərin məşğulluğunun təmin edilməsi üzrə müəyyən addımlara baxmayaraq, fiziki məhdudiyyətləri olan insanlar çox vaxt işə düzəlmədə ayrı-seçkiliklə üzləşirlər," araşdırmada qeyd edilir.

Araşdrımanın tövsiyələr hissəsində əlillərin hüquqlarını pozan şəxslərin cəzalandırılmasını ağırlaşdırmaq, cərimələri artırmaq təklif olunur.

Müəlliflər işləyən əlillərin müavinətlərdən məhrum edilməsini nəzərdə tutan qanunvericilik normalarını tənqid edirlər. Çox vaxt onların əmək haqqı müavinətə bərabər olur, bu da əlilləri iş stimulundan məhrum edir.

Bundan başqa, sənədlərdə əmək qabiliyyətinin olub-olmadığının göstərilməməsi tövsiyə olunur. Çünki birinci qrup əlillər belə evdə əməklə məşğul ola bilər.

Həmçinin, əlillik meyarlarının dəyişdirilməsi prosesini sürətləndirmək təklif olunur.

Əmək və əhalinin sosial müdafiəsi naziri ötən ilin sonlarında əlillik meyarlarının dəyişdirilməsi ilə bağlı yeni konsepsiyanın hazırlanacağı barədə məlumat verib. Bu zaman əlillik 1, 2, 3-cü qruplara deyil, görmə, eşitmə və digər məhdudiyyətlərə görə təsnif ediləcək. Amma 8 ay keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb.

Araşdırma müəllifləri əlillərin işə düzəlməsindən sonra belə əlillik müavinətinin verilməsinin davam etdirilməsini vacib sayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, 2017-ci ilin sonlarında ölkədə 620 minə yaxın əlilliyi olan şəxs olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə əhalinin hər 10 min nəfərindən 32,4 nəfəri əlil olub.

Statistika Komitəsinin məlumatının təhlili göstərir ki, ölkədə xəstəliklə bağlı ilk dəfə əlil hesab edilən şəxslər arasında qan dövranı sistemi və bədxassəli şiş xəstəlikləri əksəriyyət təşkil edir və bu xəstəliklərdən əlil olanları sayı durmadan artır.

Belə ki, əgər 2007-ci ildə qan dövranı sistemi xəstəliklərindən 3722 nəfər, bədxassəli şiş xəstəliklərindən 1549 nəfər əlil olubsa, bu rəqəm 2017-ci ildə müvafiq olaraq 5119 və 3861 olub.

"Demokratik Təşəbbüslər İnstitutu" (DTİ) QHT 2013-cü il noyabrın 5-də bir qrup hüquqşünas və ictimai fəal tərəfindən Azərbaycanda demokratik təşəbbüslər yolu ilə açıq cəmiyyət formalaşdırılmasına yardım məqsədilə təsis edilib. DTİ-yə ölkənin Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov sədrlik edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG