Accessibility links

Əlirza Fərşi 3 günlük aclıq aksiyasına başlayıb 


Əlirza Fərşi
Əlirza Fərşi

Böyük Tehran Həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşinin 3 günlük aclıq aksiyasına başladığı bildirilir.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, hal-hazırda Böyük Tehran Həbsxanasında 2 illik həbs cəzasını çəkməkdə olan Əlirza Fərşi 12 dekabr tarixindən etibarən 3 günlük aclıq aksiyasına başlayıb.

Türk dil haqları sahəsində dinc fəaliyyət göstərən Fərşi, 11 dekabr tarixində həbsxanadan göndərdiyi açıq bir məktubda aclıq aksiyasının səbəbinin İranda qeyri-fars xalqların ana dillərində təhsil və öz müqəddəratlarını təyin etmək haqlarından məhrum edilməsi olduğunu açıqlayıb.

Əlirza Fərşinin məktubu
Əlirza Fərşinin məktubu

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi həbsxanadan göndərdiyi açıq məktubda həmçinin ətraf mühitin çirkləndirilməsi, o cümlədən Urmiyə gölünün quruması, Araz çayına tullantıların tökülməsi, fəhlə və müəllim sinfinin dolanışıq vəziyyəti, Azərbaycan bölgəsində olan işsizlik problemi, habelə azərbaycanlı milli fəallara qarşı qeyri-qanuni təzyiqləri 3 günlük aclıq aksiyasına başlamasının səbəbləri kimi göstərib.

Ana dili hüquqları fəalı olan Əlirza Fərşi aclıq aksiyasını 1945-ci ilin dekabr ayının 12-də İran Azərbaycanında bərpa olunan Azərbaycan Milli Hökumətinin quruluş tarixi ilə eyni gündə başlayıb.

Bundan əvvəl İranda məktəblərin açılması günü Əlirza Fərşi və Abbas Lisani ölkədə qeyri-fars etnik qrupların ana dilində təhsil almaq hüququndan məhrum buraxılmasına etiraz olaraq 3 günlük aclıq aksiyası keçirmişdi.

Milli fəal Əlirza Fərşi 2014-cü ildə Tehran şəhərində beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyinə görə həbs edilmişdi və hal-hazırda bu iddia ilə əlaqədar ona qarşı verilən 2 illik həbs cəzasını çəkməkdədir.

Fərşi həmçinin keçən ilin yanvar ayında həbsdə ikən yeni qaldırılan iddia əsasında "milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq" ittihamı ilə 3 il 6 ay və "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilib.

Məhkəmə həbs cəzasına əlavə olaraq Fərşiyə 2 il ictimai fəaliyyətlərdən məhrumiyyət və Tehran bələdiyyəsində 2 ay məcburi ağır iş hökmü vermişdi.

Əlirza Fərşi türk dil haqları üzrə apardığı dinc fəaliyyətlərdən dolayı dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ölkənin fərqli məhkəmələri tərəfindən müxtəlif cəzalara məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG