Accessibility links

Əlirza Fərşinin məhkəmə qərarına yenidən baxılmasına dair tələbi rədd edilib


Əlirza Fərşi

İranın Ali Məhkəməsinin siyasi məhbus və türk dili haqları müdafiəçisi Əlirza Fərşinin məhkəmə qərarına yenidən baxılmasına dair tələbini rədd etdiyi bildirilir.

İnsan hüquqları üzrə fəaliyyət göstəsən HRA xəbər agentliyi bu haqda məlumat yayıb.

İranın Ali Məhkəməsinin 11 saylı şöbəsi hazırda Böyük Tehran Həbsxanasında saxlanılan güneyli məhbus Əlirza Fərşinin bir məhkəmə iddiasında onun 4 il 2 ay həbs cəzasına məhkum olunduğu qərara yenidən baxılması tələbinin rədd etdiyi bildirilir.

Məhkəmə həbs cəzasına əlavə olaraq Fərşiyə 2 il ictimai fəaliyyətlərdən məhrumiyyət və Tehran Bələdiyyəsində 2 ay məcburi ağır iş cəzası kəsib.

Əlirza Fərşi hal-hazırda Böyük Tehran Həbsxanasında 2014-ci ilin fevralında Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyinə məhkəmə tərəfindən məhkum olduğu 2 illik həbs cəzasını çəkir. Fərşi keçən il yanvar ayında saxlanılaraq, daha sonra məhkəmə tərəfindən "milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq" ittihamı ilə 3 il 6 ay və "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilib.

Beləcə, türk dil haqlarını dinc yollarla müdafiə edən azərbaycanlı fəal Əlirza Fərşi 6 ildən artıq azadlıqdan məhrum edilib, 2 il isə sürgün həyatı yaşamaq məcburiyyətindədir.

Fərşi həbsxanada ikən sağlamlıq durumu ilə bağlı narahat edici xəbərlərin yayılmasından sonra Amnesty Inernational təşkilatı Əlirza Fərşinin sağlamlıq vəziyyətindən narahat olduğunu bildirərək, İran məhkəmə sisteminin rəsmilərini fəalın dərhal sərbəst buraxmağa çağırıb.

Əlirza Fərşi və Tehranda onunla birgə saxlanılan digər fəallar, o cümlədən Əkbər Azad, Həmid Mənafi və Behnam Şeyxi İranın ucqar və türk əhalisi olmayan bölgələrində 2 il sürgündə yaşamağa məhkum edilib. Behnam Şeyxi və Həmid Mənafi Nadarlının sürgün cəzası avqust ayında tətbiq edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG