Accessibility links

Əmanətçilər pullarını tələb edir


Müflis olmuş Bank Standart-ın əmanətçiləri bu gün, avqustun 17-də Azərbaycan Mərkəzi Bankının (AMB) binası qarşısında etiraz aksiyası keçirib. Onlar itirdikləri vəsaitlərinin qaytarılmasını tələb edib.

Bu bank müflis olduğunu elan etdikdən sonra 10 min dollara qədər olan əmanətlər qaytarılıb.

Əmanətçilər bankın vəsaitinin böyük hissəsinin 153 iri müştəriyə girovsuz kredit formasında verilməsinə qəzəblənib. Bu 153 müştəri bankda olan bütün vəsaitin 80,3%-ni girovsuz kredit şəklində alıb.

“Bu, yüksək vəzifəli məmurlar və onların qohumlarıdır. Prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşına 100 milyon manat verilib. “Riyad” Ticarət Mərkəzinin sahibi İlqar Əliyev 25 milyon manat götürüb. Bank rəhbərliyi və digər vəzifəli şəxslər bizə deyirdilər ki, problem yoxdur, pularınız qaytarılacaq. İndi yüksək vəzifəli şəxslərin qohumları kreditləri qaytarmır. Niyə bank rəhbərliyindən və ya böyük miqdarda kreditləri alanlardan heç kim həbs edilməyib? Prokurorluğa müraciət etdikdə bizə deyirlər ki, sizin pulunuz hardan idi? Niyə prokurorluq girovsuz böyük kreditlər verənlərlə və bu pulları qaytarmayanlarla maraqlanmır?” aksiya iştirakçılarından biri bildirib.

Bununla yanaşı, girovsuz kredit verilməsi ilə bağlı iddialarda adı çəkilən qurumlar və "Bank Standart"ın məsul şəxsləri hələ fikir bildirməyib.

Əmanətçilər Komitəsinin sədri Şahin Əhmədov bu ilin yanvar ayında bildirib ki, 10 mindən çox Azərbaycan vətəndaşı "Bank Standart"dan pulunu ala bilməyib. Onlar arasında 30 min dollara qədər əmanət yatıranların sayı 400 nəfərdir.

Aksiya zamanı Azərbaycan Mərkəzi Bankından heç kim etirazçıların qarşısına çıxmayıb. Onlara Əmanətlərin Sığortalanması Fonduna getmək tövsiyə olunub.

Bank Standart - Azərbaycanın ən böyük maliyyə müəssisələrindən biri olub və 2016-cı ilin oktyabrında müflis elan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG